Icma.az, Azxeber.com portalına istinadən məlumat verir. Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması təkcə Hindistanın təşəbbüsü ilə olmayıb, R
Bu barədə APA diplomatik mənbələrdən məlumat əldə edib. Belə ki, Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması məsələsi Rusiya və Hindistan aras
Sadəcə, Rusiya prosesdə Hindistanı qabağa verib, özü arxa planda qalıb.
Rusiyanın Azərbaycana qarşı bu dəfə Hindistanı əlaltı etməsi nəyə işarədir?
"Şimal Ayı"sı ölkəmizin beynəlxalq əlaqələrinə də qarışmaq istəyir, yaxud beynəlxalq təşkilatlarda təmsil olunmağımızın qarşısını alır?
Məsələ ilə bağlı AZXEBER.COM-a Milli Məclisin deputatı Razi Nurullayev açıqlama verib.
O bildirib ki, Rusiyanın etdiyi neqativ nümunədir, amma unutmasın ki, Azərbaycanın da onu pis vəziyyətə sala bilən imkanları var: "Düşüncəm budur ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin yaxşılaşması və mövcud narazılıqların da sivil yollarla, danışıqlar vasitəsilə həlli ən məqbul variantdır.
Əgər Rusiya Hindistan dövləti ilə razılaşaraq onların əli ilə Azərbaycanın ŞƏT üzvlüyünə maneçilik edibsə, bu çox neqativ nümunədir.