Icma.az
close
up
RU
Rusiyanın Azərbaycanla münasibətləri korlaması özünə ziyandır Deputat

Rusiyanın Azərbaycanla münasibətləri korlaması özünə ziyandır Deputat

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması təkcə Hindistanın təşəbbüsü ilə olmayıb, Rusiya da bu prosesdə yaxından iştirak edib.

Bu barədə APA diplomatik mənbələrdən məlumat əldə edib.

Belə ki, Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması məsələsi Rusiya və Hindistan arasında siyasi məsləhətləşmələrdə müzakirə olunub və müvafiq razılığa gəlinib.

Sadəcə, Rusiya prosesdə Hindistanı qabağa verib, özü arxa planda qalıb.

Rusiyanın Azərbaycana qarşı bu dəfə Hindistanı əlaltı etməsi nəyə işarədir?

"Şimal Ayı"sı ölkəmizin beynəlxalq əlaqələrinə də qarışmaq istəyir, yaxud beynəlxalq təşkilatlarda təmsil olunmağımızın qarşısını alır?  

Məsələ ilə bağlı AZXEBER.COM-a Milli Məclisin deputatı Razi Nurullayev açıqlama verib.

O bildirib ki, Rusiyanın etdiyi neqativ nümunədir, amma unutmasın ki, Azərbaycanın da onu pis vəziyyətə sala bilən imkanları var:

"Düşüncəm budur ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin yaxşılaşması və mövcud narazılıqların da sivil yollarla, danışıqlar vasitəsilə həlli ən məqbul variantdır. Əgər Rusiya Hindistan dövləti ilə razılaşaraq onların əli ilə Azərbaycanın ŞƏT üzvlüyünə maneçilik edibsə, bu çox neqativ nümunədir. Çünki Azərbaycanın da beynəlxalq təşkilatlarda və fəaliyyətlərində Rusiyanı pis vəziyyətə salan imkanları və əsası yarana bilər. Bu da, etiraf edək ki, nə Azərbaycana, nə də Rusiyaya lazımdır".

Deputat qeyd edib ki, Rusiyanın Azərbaycanla münasibətləri pisləşdirməsi onun regiondakı əsas maraqları üçün böyük ziyandır:

"Bu dediklərimi nəzərə alaraq qeyd etmək istərdim ki, Rusiya Ukrayna torpaqlarını işğal etdiyi üçün çox az dövlətlə isti münasibətlərə malikdir. Onun üçün də Azərbaycanla da münasibətlərin gərginləşməsi Rusiyanın regionda olan iqtisadi və geopolitik maraqları üçün də ziyandır. Bu baxımdan, iki ölkə arasında münasibətlərin korlanmasına yox, istiləşməsinə yönəlik addımlar atılmalıdır. Ümid edirəm ki, Rusiyanın siyasi elitasında olan müdrik adamlar bunu dəyərləndirəcək və Azərbaycana qarşı konkret və dürüst addımlar atılacaq".

Mikayıl Mirzəzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 05 Sentyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri