Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Suriyada Əsədin devrilməsindən sonra Türkiyə-Rusiya münasibətlərinin gələcəyi müzakirə olunmağa davam edir.
Ən maraqlı mövzulardan biri də Rusiya və Çinin Türkiyənin BRİKS üzvlüyünə münasibətidir.
Publika.az xəbər verir ki, Suriyada Əsəd və Baas rejiminin devrilməsindən sonra bütün gözlər Türkiyənin BRİKS-ə üzvlük prosesinə çevrilib.
Moskva rəhbərliyinin Türkiyəyə növbəti münasibəti maraq doğuran mövzular sırasındadır.
İctimai rəy və diplomatiya dəhlizlərində Türkiyə-Rusiya və Türkiyə-Çin əlaqələrinin gələcəyi müzakirə edilir.
Politoloq Umur Tuqay Yücel bildirib ki, Suriyadakı hadisələrin Türkiyənin BRİKS üzvlüyünə təsiri olduqca məhduddur: “Çünki Suriya BRİKS üzvü deyil.
Bundan başqa, İran və Birləşmiş Ştatlar kimi uzun müddətdir qarşıdurma yaşayan iki ölkə var.