Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq. “2020-ci il Vətən müharibəsindən bəri siyasi təqvimimizə yalnız Zəfər, qalibiyyət və çoxs
Lakin təəssüf ki, 2024-cü ilin son günlərini ümummilli kədərə səbəb olan faciəvi qəza ilə yola salmalı oluruq.
25 dekabr tarixində Bakı-Qroznı reysini yerinə yetirən AZAL təyyarəsinin məruz qaldığı qəza Rusiya-Ukrayna müharibəsi kontekstində Rusiyanın qeyri-planlı şəkildə törətdiyi müharibə cinayəti olaraq qiymətləndirilə bilər”.
Bu barədə Bizimyol.info xəbər portalına Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə açıqlamasında bildirib ki, Rossaviasiya bəyan etdi ki, təyyarə qəzası baş verərkən Şimali Qafqazda, Qroznıda vəziyyət çətin idi, Ukrayna PUA-larının hücumu səbəbilə “Kovyor” hava hücumundan müdafiə planı tətbiq olunmuşdu: “Sual yaranır ki, Rusiya ərazisinə hücum olduğu üçün həmin coğrafiya niyə uçuşa qapalı elan edilməyib və bu coğrafiyanı qorumaqla məsul olan Rusiya HHM-ləri hər uçan obyektə (indiki halda sivil təyyarəyə, hansının ki uçuş vaxtı əvvəlcədən bəlli idi) səhvən atəş aça bilərmi və bunun mənəvi məsuliyyətini kim daşımalıdır?!
Təbii olaraq, məsuliyyətli dövlət hər zaman öz əməlini etiraf edir.
Lakin, biz, nə 2014-cü ildə Donbassdakı müharibə zonasından səhvən açılan atəş ilə düşürülən Malayziya təyyarəsinə görə, nə də indi, AZAL təyyarəsinin düşürülməsinə görə məsuliyyətin üstlənilmədiyini görürük.
Bu, Rusiyanın Azərbaycanla müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinin ruhunu zədələyir.
Halbuki, 44 günlük müharibənin son günündə Rusiya hərbi helikopterini (nə qədər haqlı səbəblərimiz olsa belə) vuraraq düşürdüyümüzə görə Rusiyadan rəsmi üzr istəmişdik, təzminat ödəmişdik və səbəbkarları cinayət məsuliyyətinə cəlb etmişdik.