Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

İsrailə yeni qırıcılar verildi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Rusiyanın cinayət məsuliyyətini üstlənmək əvəzinə Çeçenistanın bizə yardım təklifləri etməsi qəbuledilməzdir

Rusiyanın cinayət məsuliyyətini üstlənmək əvəzinə Çeçenistanın bizə yardım təklifləri etməsi qəbuledilməzdir

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

“2020-ci il Vətən müharibəsindən bəri siyasi təqvimimizə yalnız Zəfər, qalibiyyət və çoxsaylı siyasi uğurlar əlavə etmişik. Lakin təəssüf ki, 2024-cü ilin son günlərini ümummilli kədərə səbəb olan faciəvi qəza ilə yola salmalı oluruq. 25 dekabr tarixində Bakı-Qroznı reysini yerinə yetirən AZAL təyyarəsinin məruz qaldığı qəza Rusiya-Ukrayna müharibəsi kontekstində Rusiyanın qeyri-planlı şəkildə törətdiyi müharibə cinayəti olaraq qiymətləndirilə bilər”.

Bu barədə Bizimyol.info xəbər portalına Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə açıqlamasında bildirib ki, Rossaviasiya bəyan etdi ki, təyyarə qəzası baş verərkən Şimali Qafqazda, Qroznıda vəziyyət çətin idi, Ukrayna PUA-larının hücumu səbəbilə “Kovyor” hava hücumundan müdafiə planı tətbiq olunmuşdu: “Sual yaranır ki, Rusiya ərazisinə hücum olduğu üçün həmin coğrafiya niyə uçuşa qapalı elan edilməyib və bu coğrafiyanı qorumaqla məsul olan Rusiya HHM-ləri hər uçan obyektə (indiki halda sivil təyyarəyə, hansının ki uçuş vaxtı əvvəlcədən bəlli idi) səhvən atəş aça bilərmi və bunun mənəvi məsuliyyətini kim daşımalıdır?! Təbii olaraq, məsuliyyətli dövlət hər zaman öz əməlini etiraf edir. Lakin, biz, nə 2014-cü ildə Donbassdakı müharibə zonasından səhvən açılan atəş ilə düşürülən Malayziya təyyarəsinə görə, nə də indi, AZAL təyyarəsinin düşürülməsinə görə məsuliyyətin üstlənilmədiyini görürük. Bu, Rusiyanın Azərbaycanla müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinin ruhunu zədələyir. Halbuki, 44 günlük müharibənin son günündə Rusiya hərbi helikopterini (nə qədər haqlı səbəblərimiz olsa belə) vuraraq düşürdüyümüzə görə Rusiyadan rəsmi üzr istəmişdik, təzminat ödəmişdik və səbəbkarları cinayət məsuliyyətinə cəlb etmişdik. İndi cinayət məsuliyyətini üstlənmək əvəzinə Çeçenistanın bizə yardım təklifləri etməsi tamamilə qəbuledilməzdir”.

Şəhla Cəlilzadə

Siyasi ekspert vurğulayıb ki, Azərbaycan xalqı ötən 4 ildə göstərdiyi birliyi və həmrəyliyi bu faciəyə münasibətdə də sərgilədi. Məhz buna görədir ki, faciəyə səbəb olan tərəf ifşa olundu, ona “üzr istə” tələbi ilə geniş kampaniya başladıldı. Politoloq hesab edir ki, bu kampaniyanın tezliklə öz nəticəsini verəcəyini düşünürəm, əks halda, Rusiyanın Cənubi Qafqaz regionunda ciddi mövqe itkisilə nəticələnər və bu da anti-Rusiya qlobal kampaniyasının müəlliflərinin maraqlarına xidmət edər.

“Azərbaycan heç zaman onların aləti olmayıb, indiki halda da Azərbaycanın faciəsi üzərindən dividend qazanmağa çalışan dairələrin olduğu vurğulana bilər. Elə buna görə də, Ukraynanın da baş verən hadisədə məsuliyyət payı olduğunu vurğulamaq yerinə düşər. Belə ki, sivil şəhərlərə atəş açılması, eynilə sivil təyyarənin düşürülməsi qədər müharibə cinayəti hesab edilir. Halbuki, 44 gündə Bərdə, Gəncə, Tərtər kimi Qarabağdakı müharibə zonasından kənardakı Azərbaycan şəhərləri atəşə tutularkən cavab olaraq Ermənistanın daxili bölgələrinə atəş açılmamışdı. Ədalətli savaş apara bilmək, müharibə cinayətləri törətmədən ədaləti bərpa edə bilmək hər kəsə nəsib olmur və bu baxımdan Azərbaycan dünyada 44 günlük əvəzedilməz bir nümunə yaradıb.

Mülki təyyarəmizin vurulması həm də onu göstərir ki, Rusiya-Ukrayna müharibəsi sadəcə iki dövlət üçün deyil, bütün dünya üçün təhlükəlidir. Bu fonda cənab Prezidentin ən son “Rossiya Seqodnya” kanalında müsahibəsində vurğuladığı kimi, qlobal müharibənin qazananı olmaz. Odur ki, 2025-ci ildə dünyadakı bütün müharibələrin başa çatmasını, hər kəsin aydın və təhlükəsiz səma altında yaşamasını arzu edirəm!”- deyə Şəhla Cəlilzadə qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Dekabr 2024 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see192

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see185

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see176

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see175

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see173

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see172

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see163

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see151

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see148

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see141

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see140

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri