Yenicag portalından verilən məlumata görə, Icma.az xəbər yayır. “Ermənistan Rusiya üçün Azərbaycan və Gürcüstana təzyiq vasitəsi idi”.
Bu sözləri Ermənistan Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının səbəbləri, Rusiya ilə Azərbaycan arasındakı gərginlik və bunun regiona təsirini Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.
Onun sözlərinə görə, Ermənistan Rusiya üçün vasitə olmaqdan çıxıb: “Reallıq ondan ibarətdir ki, Ukrayna müharibəsinə görə Rusiyaya tətbiq edilən sanksiyalara görə rəsmi Moskva qlobal aləmdə mövqelərini itirir.
Avropadan sonra Cənubi Qafqaz, daha sonra isə Şimali Qafqaz bölgəsini də itirmək riski ilə qarşı-qarşıyadır.
Ermənistanın itirilməsi Rusiyaya çox böyük zərbə vura, eləcə də Rusiyanın kövrək olan qurduğu bir neçə qurum dağıla bilər.
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxsa, oradakı digər dövlətlər də oradan çıxacaq.
Ermənistanın üzərinə bəzi dövlətlərin getməsi də anlaqlı şəkildədir.
İstəyirlər ki, İrəvan KTMT, ardınca Gömrük İttifaqı (Gİ) və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxsın.