Icma.az
close
up
RU
Rusiyanın Ermənistan MƏRƏZİ: “İrəvan istəyir ki, KTMT, Gİ və Aİİ dən çıxsın”

Rusiyanın Ermənistan MƏRƏZİ: “İrəvan istəyir ki, KTMT, Gİ və Aİİ dən çıxsın”

Yenicag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ermənistan Rusiya üçün Azərbaycan və Gürcüstana təzyiq vasitəsi idi”.

Bu sözləri Ermənistan Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının səbəbləri, Rusiya ilə Azərbaycan arasındakı gərginlik və bunun regiona təsirini Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, Ermənistan Rusiya üçün vasitə olmaqdan çıxıb:

“Reallıq ondan ibarətdir ki, Ukrayna müharibəsinə görə Rusiyaya tətbiq edilən sanksiyalara görə rəsmi Moskva qlobal aləmdə mövqelərini itirir. Avropadan sonra Cənubi Qafqaz, daha sonra isə Şimali Qafqaz bölgəsini də itirmək riski ilə qarşı-qarşıyadır. Ermənistanın itirilməsi Rusiyaya çox böyük zərbə vura, eləcə də Rusiyanın kövrək olan qurduğu bir neçə qurum dağıla bilər.

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxsa, oradakı digər dövlətlər də oradan çıxacaq. Ermənistanın üzərinə bəzi dövlətlərin getməsi də anlaqlı şəkildədir. İstəyirlər ki, İrəvan KTMT, ardınca Gömrük İttifaqı (Gİ) və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxsın. Ermənistan Rusiya üçün Azərbaycan və Gürcüstana təzyiq vasitəsi idi. Hazırda isə bu dövlət Rusiya üçün vasitə olmaqdan çıxıb. Ermənistan çalışır ki, Rusiyanın təsir dairəsindən çıxsın və müstəqil siyasət yeritsin. Rəsmi İrəvan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını istəyir”.

Rusiya Azərbaycan münasibətlərinə gəldikdə isə politoloq bunları deyib:

“Rusiya tarixində istər Çar Rusiyası, istərsə də SSRİ dönəmini götürsək, bu ölkənin Azərbaycana qarşı ən yaxşı münasibəti Putin dönəmində olub. Bunun səbəbi isə Putinin Azərbaycana, Ümummilli lider Heydər Əliyevə və Prezident İlham Əliyevə olan münasibətidir. Rusiyanın daxilində çəkişmə gedir. Bəzi qüvvələr Putinin hakimiyyətdən getməsinə maraqlıdırlar və o qüvvələr Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsinə çalışan qüvvələrdir.

Azərbaycan isə müstəqil siyasət yeridir. Azərbaycanın ABŞ və Avropa ilə münasibətləri normal olub. Bundan əlavə, Azərbaycan Türkiyə və türkdilli respublikalar ilə yaxınlaşma xətti tutub. Hazırda bütün dünyanın gözü Orta Asiya respublikalarındadır. Oranın Avropaya yolu Azərbaycandan keçir”.

Həmsöhbətimiz əlavə edib ki, Azərbaycanla Rusiya münasibətləri yaxın perspektivdə normallaşacaq:

“2022-ci ildə Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq müqaviləsi imzalandı. Bu postsovet ölkələri içərisində analoqu olmayan müqavilədir. Çünki Rusiya ilə digər ölkələr arasında imzalanan müqavilədən fərqli olaraq Rusiya-Azərbaycan arasında imzalanan müqavilə bərabərhüquqludur. Rusiya ilə Azərbaycan arasında gah sərinləşmə, gah istiləşmə olur. Hazırda Moskva ilə yaşananlar müvəqqəti xarakter daşıyır”.

Səxavət Məmməd

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 05 Fevral 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri