Rusiyanın hava limanları hədəfdə: qarşıdurma çoxşaxəli fazaya keçə bilər | Icma.az
Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır. Ukrayna ordusu son zamanlar Rusiyanın hava limanlarını hədəf alır.
Rusiya Müdafiə Nazirliyi çoxsaylı Ukrayna pilotsuz təyyarəsinin Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən müxtəlif bölgələrdə zərərsizləşdirildiyini açıqlayıb.
Ukrayna ordusunun Rusiyanın hava limanlarını hədəf almasında məqsəd nədir və bu hücumlar Rusiyaya necə təsir edə bilər?
“Ukrayna simvolik bir irəliləyiş əldə edir” Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, Ukraynanın Rusiya hava limanlarına hücumu bir neçə istiqamətdən xarakterizə olunur: “Əsas məsələ odur ki, Rusiyanın hava limanlarında yerləşən hərbi təyyarələr, eyni zamanda, helikopterlər, PUA-lar Rusiya hava kosmik qüvvələrinin silah-sursatıdır və onların vurulması, müəyyən qədər sayının azalması Ukrayna üçün nisbi üstünlük yarada bilər.
Rusiya öz hava hücum sistemlərini, texnikanı dərin arxa bölgəyə köçürə bilər.
Bu da təbii ki, cəbhə bölgəsinə yaxın ərazilərdən uçuşları dayandıra bilir”.
Deputat qeyd edib ki, burada digər məsələ müharibənin müxtəlif psixoloji davamı kimi qeyd olunmalıdır: “Yəni Tatarıstanda da, Krasnodarda da, Moskvada da digər istiqamətlərdə də belə hücumlar ajiotaj yaradır və narahat olan əhali artıq Ukraynanın gücünün nədən ibarət olduğunu görməyə başlayır.
Təbii ki, Ukrayna Rusiyanın hava limanlarını vurmaqla elə bir ciddi irəliləyiş əldə edə bilmir, simvolik bir irəliləyiş əldə edir”.
Tam oxu
Xəbəri oxu