Icma.az
close
up
RU
Rusiyanın hava limanları hədəfdə: qarşıdurma çoxşaxəli fazaya keçə bilər

Rusiyanın hava limanları hədəfdə: qarşıdurma çoxşaxəli fazaya keçə bilər

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Ukrayna ordusu son zamanlar Rusiyanın hava limanlarını hədəf alır. Rusiya Müdafiə Nazirliyi çoxsaylı Ukrayna pilotsuz təyyarəsinin Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən müxtəlif bölgələrdə zərərsizləşdirildiyini açıqlayıb.

Ukrayna ordusunun Rusiyanın hava limanlarını hədəf almasında məqsəd nədir və bu hücumlar Rusiyaya necə təsir edə bilər?

“Ukrayna simvolik bir irəliləyiş əldə edir”

Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, Ukraynanın Rusiya hava limanlarına hücumu bir neçə istiqamətdən xarakterizə olunur: “Əsas məsələ odur ki, Rusiyanın hava limanlarında yerləşən hərbi təyyarələr, eyni zamanda, helikopterlər, PUA-lar Rusiya hava kosmik qüvvələrinin silah-sursatıdır və onların vurulması, müəyyən qədər sayının azalması Ukrayna üçün nisbi üstünlük yarada bilər. Rusiya öz hava hücum sistemlərini, texnikanı dərin arxa bölgəyə köçürə bilər. Bu da təbii ki, cəbhə bölgəsinə yaxın ərazilərdən uçuşları dayandıra bilir”.

Deputat qeyd edib ki, burada digər məsələ müharibənin müxtəlif psixoloji davamı kimi qeyd olunmalıdır: “Yəni Tatarıstanda da, Krasnodarda da, Moskvada da digər istiqamətlərdə də belə hücumlar ajiotaj yaradır və narahat olan əhali artıq Ukraynanın gücünün nədən ibarət olduğunu görməyə başlayır. Təbii ki, Ukrayna Rusiyanın hava limanlarını vurmaqla elə bir ciddi irəliləyiş əldə edə bilmir, simvolik bir irəliləyiş əldə edir”.

“Qərb bundan özü üçün müəyyən siyasi dividend götürür”

A.Nağıyevin bildirdiyinə görə, məlumdur ki, bu hücumda istifadə olunan silahlar heç də Ukraynanın öz istehsalı deyil: “Bu silahlar ABŞ-dən, Avropa Birliyindən Ukraynaya verilmiş silahlardır və bu, yardımın nədən ibarət olduğunu bir daha göstərir. Yəni əsas məram, məqsəd təbii ki, bunlardan ibarətdir. Bunu Ukrayna da, Rusiya da başa düşür ki, bu müharibədə hava kosmik silahları, yəni helikopterlər, təyyarələr, PUA-lar və digərləri ən ciddi amillərdir və onların sayı nə qədər azalsa, onlar nə qədər vurulsa, Rusiya ordusuna bir o qədər ziyan gətirə bilərlər. Artıq uzaqməsafəli raketlərdən də istifadə olunur və digər ərazilərdə olan hava limanlarını da vururlar. Əvvəllər vurulan hava limanında aviasiyanın ən ciddi təyyarələri vuruldu. Buna görə də düşünürəm ki, bu, seçilmiş taktikadır. Həm qərb bundan özü üçün müəyyən siyasi dividend götürür, eyni zamanda, psixoloji amillər yaranır”

“Bu, Ukraynaya taktiki üstünlüklər qazandıra bilər”

Siyasi şərhçi Turan Rzayev qeyd edib ki, hava limanları hərbi logistika və qüvvələrin yerləşdirilməsi baxımından önəmli mərkəzlərdir: “Onların zədələnməsi Rusiyanın hava əməliyyatlarının effektivliyini və sürətini zəiflədə, təchizat zəncirində problemlər yarada bilər. Bu, Rusiya ordusunun qarşıya qoyduğu hədəflərə çatmaq imkanlarını məhdudlaşdıra, eyni zamanda Ukrayna tərəfinə əlavə taktiki üstünlüklər qazandıra bilər. Psixoloji təsir də əhəmiyyətlidir”.

“Regional və qlobal təhlükəsizlik riskləri yüksələcək”

Siyasi şərhçi Rusiyada bu cür hücumlar və onların nəticələri haqqında yayılan məlumatların cəmiyyətin müharibəyə dəstəyini sarsıda, hökumətin strateji qərarlarına təzyiqi artıra biləcəyini deyib: “Həmçinin, Rusiyanın təhlükəsizlik sistemində boşluqların olduğu mesajını verərək, münaqişə tərəfləri və beynəlxalq ictimaiyyət arasında Rusiya təhlükəsizliyinə şübhələri gücləndirə bilər. Lakin belə hücumlar cavabsız qalmayacaq. Rusiya öz hava limanlarının müdafiəsini gücləndirəcək, əlavə hərbi resurslar cəlb edəcək və potensial olaraq əks-hücumlar həyata keçirəcək. Bu isə münaqişənin gərginliyini daha da artıracaq, regional və qlobal təhlükəsizlik risklərini yüksəldəcək”.

Rusiyanın müharibə strategiyasına təzyiq

Politoloq Aytən Qurbanova son dövrlərdə Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyası ərazisində yerləşən hava limanlarını hədəfə almaq cəhdlərinin təkcə taktiki deyil, eyni zamanda, siyasi və psixoloji xarakter daşıyan addımlar kimi qiymətləndirilməli olduğunu diqqətə çatdırıb: “Bu hücumlar, şübhəsiz ki, Rusiyanın müharibə strategiyasına birbaşa təzyiq göstərmək məqsədi daşıyır. İlk növbədə qeyd edilməlidir ki, Ukraynanın bu yanaşması əsasən Rusiya daxilində ictimai və siyasi təzyiqlərin artırılmasına yönəlib. Rusiya Federasiyasının müxtəlif bölgələrində, xüsusilə də hərbi əhəmiyyətli hava limanlarında baş verən partlayışlar və insidentlər ölkə daxilində təhlükəsizliklə bağlı narahatlıqların dərinləşməsinə səbəb ola bilər. Bu isə ictimai narazılığın artması və ictimai rəydə hakimiyyətə inamın zəifləməsi üçün münbit zəmin yarada bilər. Digər tərəfdən isə Ukrayna tərəfi göstərməyə çalışır ki, artan texniki imkanları sayəsində Rusiya ərazisinin dərinliklərində daha genişmiqyaslı və təsirli hərbi əməliyyatlar həyata keçirməyə qadirdir. Bu da öz növbəsində Qərb dövlətlərindən əlavə hərbi texnika və hava hücumundan müdafiə vasitələrinin təmin edilməsinə dair çağırışların əsaslandırılmasına xidmət edir”.

Ukraynanın enerji və nəqliyyat infrastrukturları hədəfdə

Onun sözlərinə görə, Rusiya tərəfi isə bu hücumları ciddi təhlükə kimi dəyərləndirərək hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, kritik infrastrukturun qorunması və zərərçəkmiş ərazilərin bərpası istiqamətində operativ tədbirlərin görülməsi ilə cavab verir: “Bununla yanaşı, rəsmi Kremlin cavab reaksiyasının daha sərt formada təzahür etməsi ehtimalı da istisna edilmir. Xüsusilə də, Ukraynanın enerji və nəqliyyat infrastrukturlarına qarşı hücumların intensivləşdirilməsi ehtimalı gündəmdə qalmaqdadır. Nəticə etibarilə, Ukrayna ilə Rusiya arasında davam edən müharibə artıq yalnız hərbi cəbhə ilə məhdudlaşmır, eləcə də strateji və psixoloji müstəviyə keçərək dərin arxa cəbhədə də davam edir. Bu vəziyyət müharibənin xarakterində qeyri-simmetrik və hibrid yanaşmaların rolunun artdığını göstərir və yaxın perspektivdə qarşıdurmanın daha mürəkkəb və çoxşaxəli fazaya keçə biləcəyi ehtimalını gücləndirir”.

“Rusiya qoşunları aşağı templi irəliləyişlərə nail olur”

Siyasi şərhçi Aqşin Kərimov Rusiya qoşunlarının Ukrayna ərazilərində aşağı templi irəliləyişlərə nail olduğunu söyləyərək əlavə edib ki, son zamanlar Ukrayna da öz torpaqlarındakı Rusiyanın nəzarət etdiyi işğal zonalarında cüzi ərazi qazanclarını aktivinə yazdırır: “Lakin Ukrayna bir ildən çoxdur ki, əhəmiyyətli və həlledici, dönüş nöqtəsi yarada bilən eksklüziv ərazi nailiyyəti əldə edə bilməyib. Bununla belə, Ukrayna müharibənin sərhədlərini Rusiyanın içərilərinə qədər genişlətmək bacarıqlarını davam etdirməyə çalışır. Bu, əsasən, Ukraynanın uğurlu kəşfiyyat əməliyyatları ilə müşayiət olunur. Ancaq Ukrayna Rusiyanı hərbi cəhətdən şikəst etmək səylərində uğura imza ata bilmir, ən azından Kursk əməliyyatlarının uğursuzluğu bunun bariz nümunəsidir. Üstəlik, son zamanlar Rusiya aviasiyasının Ukraynaya intensivləşən zərbə paketləri, Ukraynanın canlı qüvvə çatışmazlıqları Kiyev üçün əlavə problemlər yaradır. Belə olduğu təqdirdə, Ukrayna Rusiyanı müharibə kampaniyasından uzaqlaşdırmaq üçün Rusiya daxilində alternativ zərbə endirmək planlarını masaya qoyur”.

“Bu, Kiyevə şanslar gətirə bilər”

A.Kərimov qeyd edib ki, Rusiyanın hava limanları ilə bərabər dəniz portlarının da hədəfə alınması ehtimalları yüksəkdir və bu, Ukraynanın assimetrik müharibə aparmaq qabiliyyətində Kiyevə şanslar gətirə bilər: “Ukrayna dəniz limanlarının hədəfə alınması layihəsində ABŞ-dən əhəmiyyətli dəstək alsa, öz səylərini NATO ilə düzgün əlaqələndirə bilsə, müharibə qlobal tədarük zəncirlərində Rusiyanın üzləşdiyi maneələri gücləndirən nəticələr doğura bilər. Lakin cari əməliyyatlar və onun perspektivi Ukraynanın qələbəsini təmin etməkdən çox, Kiyevin məğlubiyyətini gecikdirməyə yönəlik addım kimi xarakterizə oluna bilər”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 23 İyul 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri