Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Moskva, 27 yanvar, AZƏRTAC
Rusiyada qripin müalicəsi zamanı istifadə edilməsi tövsiyə olunan dərman vasitələrinin zəruri dozalar göstərilməklə tərtib edilmiş 50-dən çox adda preparatdan ibarət siyahı 39 adda preparata endirilib.
AZƏRTAC xəbər verir ki, müvafiq dəyişikliklər Rusiyanın Səhiyyə Nazirliyinin rəsmi hüquqi informasiya portalında dərc olunmuş əmri ilə təsdiqlənib.
Qripə yoluxmuş xəstələrin müalicəsində istifadə olunan dərman preparatlarının yenilənmiş siyahısından psixostimulyatorlar, penisillinlər, tetrasiklinlər, makrolidlər və bir sıra digər vasitələr çıxarılıb. Bundan əlavə, sənədlə müayinələrin siyahısı da təsdiq edilib ki, bu siyahıya 27-dək laborator test, o cümlədən qrip viruslarına, koronoviruslara və digər törədicilərə dair analizlər daxildir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva