Rusiyanın Səhiyyə Nazirliyi qripin müalicəsi üçün istifadə olunan dərmanlar siyahısını ixtisar edib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Moskva, 27 yanvar, AZƏRTAC
Rusiyada qripin müalicəsi zamanı istifadə edilməsi tövsiyə olunan dərman vasitələrinin zəruri dozalar göstərilməklə tərtib edilmiş 50-dən çox adda preparatdan ibarət siyahı 39 adda preparata endirilib.
AZƏRTAC xəbər verir ki, müvafiq dəyişikliklər Rusiyanın Səhiyyə Nazirliyinin rəsmi hüquqi informasiya portalında dərc olunmuş əmri ilə təsdiqlənib.
Qripə yoluxmuş xəstələrin müalicəsində istifadə olunan dərman preparatlarının yenilənmiş siyahısından psixostimulyatorlar, penisillinlər, tetrasiklinlər, makrolidlər və bir sıra digər vasitələr çıxarılıb. Bundan əlavə, sənədlə müayinələrin siyahısı da təsdiq edilib ki, bu siyahıya 27-dək laborator test, o cümlədən qrip viruslarına, koronoviruslara və digər törədicilərə dair analizlər daxildir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 27 Yanvar 2026 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















