Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Rusiyanın istər 8 avqustda imzalanan Vaşinqton Bəyannaməsinə, istər də ABŞ nümayəndələrinin gələn həftə Zəngəzur dəhlizini müzakirə etmək üçün Ermənistana səfər edəcəyi xəbərlərini reaksiya verməməsi qəribədir”.
Bu sözləri siyasi şərhçi Əli Mustafa “Cebheinfo.az”-a açıqlamasında deyib.
O bildirib ki, Kremlin bu məsələlərə susqun yanaşması təəccüb doğurur: “Lakin gerçəklik ondan ibarətdir ki, amerikalılar artıq Zəngəzur dəhlizi ilə bağlı işlərə başlayacaqlar.
Düzdür, bu məsələnin Rusiyaya dəxli yoxdur, amma Moskva həmişə üçtərəfli sazişə istinad edir.
Ermənistan tərəfi isə həmin sazişi nəzərə almır və onu qüvvədən düşmüş sayır.
Rəsmi İrəvan öz ərazisində nə edəcəyinə özü qərar verəcəyini elan etdi və ABŞ ilə yeni saziş imzaladı.
Beləliklə, Rusiya prosesdən kənarda qaldı”. Ekspert Rusiyanın susqunluğunun səbəbləri barədə də danışıb: “Əslində, Rusiya Ukraynada kifayət