Icma.az
close
up
RU
Rusiyanın səssizliyi: “Moskva ilə Vaşinqton arasında gizli...”

Rusiyanın səssizliyi: “Moskva ilə Vaşinqton arasında gizli...”

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Rusiyanın istər 8 avqustda imzalanan Vaşinqton Bəyannaməsinə, istər də ABŞ nümayəndələrinin gələn həftə Zəngəzur dəhlizini müzakirə etmək üçün Ermənistana səfər edəcəyi xəbərlərini reaksiya verməməsi qəribədir”.

Bu sözləri siyasi şərhçi Əli Mustafa “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, Kremlin bu məsələlərə susqun yanaşması təəccüb doğurur:

“Lakin gerçəklik ondan ibarətdir ki, amerikalılar artıq Zəngəzur dəhlizi ilə bağlı işlərə başlayacaqlar. Düzdür, bu məsələnin Rusiyaya dəxli yoxdur, amma Moskva həmişə üçtərəfli sazişə istinad edir.

Ermənistan tərəfi isə həmin sazişi nəzərə almır və onu qüvvədən düşmüş sayır. Rəsmi İrəvan öz ərazisində nə edəcəyinə özü qərar verəcəyini elan etdi və ABŞ ilə yeni saziş imzaladı. Beləliklə, Rusiya prosesdən kənarda qaldı”.

Ekspert Rusiyanın susqunluğunun səbəbləri barədə də danışıb:

“Əslində, Rusiya Ukraynada kifayət qədər ciddi problemlərlə üzləşib. Yəni hansısa prosesə əngəl olacaq gücdə deyil. Bəlkə də Rusiya hakimiyyəti ABŞ və Prezident Donald Trampla üz-üzə gəlmək istəmir. Bu susqunluq üçün böyük səbəb ola bilər. 

Bundan başqa, Moskva ilə Vaşinqton arasında hansısa məsələlər barəsində gizli razılaşma da əldə olumuş ola bilər. Ona görə də bir-birlərinə güzəştə gedirlər. Yəni bu da bir ehtimaldır. Hesab edirəm ki, bu razılaşmanın Ukrayna ilə bağlı olması mümkündür. Bu səbəbdən də Kreml bəhs etdiyimiz mövzularla bağlı səssizlik nümayiş etdirə bilər”.

Əli Mustafa hesab edir ki, Rusiyanın Ermənistanın Baş naziri Nikol Paşinyanı cəzalandırma ehtimalı da var:

“Böyük ehtimalla, Kremldə Nikol Paşinyanı cəzalandırmaq barədə düşünürlər. Yəqin ki, Ermənistanda hakimiyyət dəyişikliyi də gündəmə gələ bilər. Çünki Rusiya rəhbərliyi zənn edir ki, Ermənistanda hakimiyyət dəyişsə, Zəngəzir dəhlizi ilə bağlı anlaşmaya yenidən baxılacaq. Görünür, belə ümidləri var. Lakin Zəngəzur dəhlizinin açılması artıq Rusiya olmadan reallaşır. Kreml də bunu qəbul etməlidir”. 

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Rusiya Kreml

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri