Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya qoşunlarını Suriyanın şimal-şərqindəki Qamışlı hava limanından geri çəkib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, qoşunların və silahların geri çəkilməsi ötən həftə başlayıb.
Bəzi qüvvələrin Suriyanın qərbindəki Rusiya Xmeymim aviabazasına köçməsi, digərlərinin isə Rusiyaya qayıtması gözlənilir.
Suriya təhlükəsizlik mənbəsi agentliyə bildirib ki, son iki gündə hərbi texnika və ağır silahlar Qamışlıdan Xmeymim şəhərinə köçürülüb.
“Reuters” jurnalisti qeyd edib ki, 26 yanvarda Qamışlı hava limanında Rusiya bayraqları hələ də dalğalanır və uçuş-enmə zolağında Rusiya nişanları olan iki təyyarə park edilib.