Rusiyanın Suriyadakı hərbi bazalardan birini tərk etdiyi deyilir
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya qoşunlarını Suriyanın şimal-şərqindəki Qamışlı hava limanından geri çəkib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, qoşunların və silahların geri çəkilməsi ötən həftə başlayıb.
Bəzi qüvvələrin Suriyanın qərbindəki Rusiya Xmeymim aviabazasına köçməsi, digərlərinin isə Rusiyaya qayıtması gözlənilir.
Suriya təhlükəsizlik mənbəsi agentliyə bildirib ki, son iki gündə hərbi texnika və ağır silahlar Qamışlıdan Xmeymim şəhərinə köçürülüb.
“Reuters” jurnalisti qeyd edib ki, 26 yanvarda Qamışlı hava limanında Rusiya bayraqları hələ də dalğalanır və uçuş-enmə zolağında Rusiya nişanları olan iki təyyarə park edilib.
Baxış sayı:62
Bu xəbər 26 Yanvar 2026 23:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















