Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Aleksandr Duqin və Vladimir Solovyov kimi fiqurların Qafqaz və Orta Asiya respublikalarının suverenliyini şübhə altına alan açıqlamaları Qazaxıstanda və Özbəkistanda hiddətlə qarşılanıb.
Amma çox təəssüflər olsun ki, Azərbaycanda bu məsələ geniş rezonans doğurmayıb.
Sanki belə sərsəm çıxışlara öyrəşmişik deyə hər açıqlamaya reaksiya verməyə tələsmirik. Və bununla da səhv edirik.
Kobud və bağışlanmaz səhv. Çünki həmişəki kimi Duqinin və Solovyovun çıxışları təsadüfi ritorika deyil, Rusiya siyasi-ideoloji mühitində for
Bu, sizin üçün sumqayıtlı məmurun alma yeşiyini qanunsuz şəkildə müsadirə etməsi deyil.
Putinin SSRİ xülyası ilə yaşaması heç kimə sirr deyil. O da öz almalarını müsadirə etmək istəyir.
Amma Ukrayna bataqlığında batdığı üçün buna macal tapmır. Onun neo-imperialist iddiaları hər çıxışında gözə girir.