Icma.az
close
up
RU
Rusiyanın Ukraynadan sonrakı hədəfi bu ölkələrdir KONKRET

Rusiyanın Ukraynadan sonrakı hədəfi bu ölkələrdir KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Aleksandr Duqin və Vladimir Solovyov kimi fiqurların Qafqaz və Orta Asiya respublikalarının suverenliyini şübhə altına alan açıqlamaları Qazaxıstanda və Özbəkistanda hiddətlə qarşılanıb. Amma çox təəssüflər olsun ki, Azərbaycanda bu məsələ geniş rezonans doğurmayıb. Sanki belə sərsəm çıxışlara öyrəşmişik deyə hər açıqlamaya reaksiya verməyə tələsmirik. Və bununla da səhv edirik. Kobud və bağışlanmaz səhv. Çünki həmişəki kimi Duqinin və Solovyovun çıxışları təsadüfi ritorika deyil, Rusiya siyasi-ideoloji mühitində formalaşmış daha geniş və təhlükəli tendensiyalardan xəbər verir.

Bu, sizin üçün sumqayıtlı məmurun alma yeşiyini qanunsuz şəkildə müsadirə etməsi deyil. Putinin SSRİ xülyası ilə yaşaması heç kimə sirr deyil. O da öz almalarını müsadirə etmək istəyir. Amma Ukrayna bataqlığında batdığı üçün buna macal tapmır. Onun neo-imperialist iddiaları hər çıxışında gözə girir. Bu iddiaların ideoloji əsaslarını isə Duqinkimilər hazırlayır. Daha konkret desək, Duqin “Avrasiyaçılıq”, Solovyov isə Kremlə yaxın media ritorikası vasitəsilə SSRİ-nin dağılmasını “tarixi səhv” kimi təqdim edir. Kreml hələ də post-sovet məkanını Rusiyanın “təbii təsir zonası” sayır, suveren dövlətləri “müvəqqəti layihə” kimi qələmə verir.

Bu yanaşma Ukraynaya görə hələ də ideoloji çərçivədə var-gəl edir. Əgər Ukrayna müharibəsi Rusiyanın xeyrinə başa çatsa, növbəti hədəf əlbəttə Orta Asiya, Ermənistan, Gürcüstan və Azərbaycan olacaq. Onsuz da Rusiya ilə Azərbaycan arasında hibrid müharibə elementləri göz qabağındadır.

Bu tip bəyanatlar onsuz da psixoloji təzyiq yaradır. Bu gün Özbəkistanda, Qazaxıstanda elita, eləcə də cəmiyyət daxilində bir hiddətlə bərabər qorxu və tərəddüd toxumu səpilib. Hər kəs anlayır ki, Moskva gələcək müdaxilələr üçün zəmin hazırlayır. Doğrudur, müdaxilə Rusiya üçün elə də asan başa gəlməyəcək deyə düşünənlər də var. Unutmayaq ki, klassik hərbi təhlükə informasiya və ideoloji hücum mərhələsi ilə başlayır. Odur ki, Azərbaycanın suverenliyi təhdid altındadır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev də xaricdən gələcək təhdidləri daim vurğulayır, Milli Ordunun güclənməsi istiqamətində böyük miqyasda işlər həyata keçirilir. Ölkənin xüsusi xidmət orqanları isə öz növbəsində müdaxilə üçün zəmin yaradacaq etnik və dini faktorların manipulyasiyası riskinin olmaması üçün bütün tədbirləri həyata keçirir. Amma bütün bunlar kifayət deyil.

Xüsusən, daxili sabitliyə yönəlmiş istənilən hadisə yerindəcə hüquqi qiymətini almalıdır.

Eləcə də XİN səviyyəsində suverenliyin açıq şəkildə şübhə altına alınmasına etiraz bildirilməldir.

Duqin və Solovyov Azərbaycan milli kimliyini təhdid edir, dövlət sərhədlərinin toxunulmazlığı prinsipini sarsıdır. Bu adamlara həddini bildirmək bir milli məsələ olmalıdır. Efirlərdə milli dəyərlərimizin zorlandığı bir ərəfədə Duqinin çıxışları qulaq ardına vurularsa, ideoloqların növbəti məkrli planlarına qurban getmiş olarıq. Belə ki, Kremldə hazırlanan yeni planlardan birinə görə, nə vaxtsa Rus ordusu guya milli kimliyi təhlükə altında olan etnik azlıqları müdafiə etmək üçün ölkəmizə həyasızcasına hərbi müdaxilə edə bilər. Ona görə də belə presedentlər təhlükəlidir və adi çıxışlarla məhdudlaşmır.

Beləliklə, Azərbaycan rəsmi və ölçülü diplomatik reaksiyasını əsirgəməməlidir. Lazım gələrsə, emosional ritorika ayrı-ayrı tanınmış politoloqların mövqeyi ilə ortaya qoyulmalıdır. Xarici İşlər Nazirliyi səviyyəsində rəsmi bəyanatla yanaşı Rusiya tərəfinə diplomatik kanallarla nota və ya izahat tələbi edilməlidir. Məlum olduğu kimi, Qazaxıstan prezidenti Kasım Comərt Tokayev öz çıxışında Solovyovu, Duqini təhqir edib.

Hesab edək ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dil uzadanlar lazım gələrsə x təhqir də olunmalıdır. XİN Azərbaycan tək reaksiya verməkdənsə, Qazaxıstan, Özbəkistan, Gürcüstan kimi ölkələrlə ortaq mövqe və mesaj formalaşdırmalıdır. Bu, Rusiyaya qarşı deyil, beynəlxalq hüququn müdafiəsi naminə atılmış addım kimi təqdim edilməlidir.

Kremldən gələn müxtəlif səviyyəli təhdidlər informasiya təhlükəsizliyi hesab edilməli və media strategiyamızın tərkib hissəsinə çevrilməlidir. Çünki Solovyov tipli fiqurların əsas silahı mediadır. Buna görə də yerli mediada maarifləndirici, analitik materiallar, ictimai rəyə yönəlik izahlar, dezinformasiyaya qarşı sistemli cavablar vacibdir.
Susqunluq bu ritorikanın “normal” qəbul olunmasına yol aça bilər.

Azərbaycan Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, BMT çərçivəsində suverenlik və dövlətlərin bərabərliyi mövzusunu gündəmdə saxlamalıdır. Bu, həm də Azərbaycanın öz müstəqilliyini necə dəyərləndirdiyini göstərir. Cənablar, bir daha düşünün, Duqin və Solovyovun açıqlamaları şəxsi fikir deyil, Rusiya siyasi şüurunda mövcud olan imperiya nostalgiyasının səsidir.

Azərbaycan üçün əsas təhlükə bu fikirlərin normallaşdırılmasıdır. Reaksiya isə olduqca sərt, sərt olduğu qədər aydın, prinsipial və çoxsəviyyəli olmalıdır. Müharibə başladı.

Natiq Səlim,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Yanvar 2026 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see392

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see377

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see313

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see308

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see307

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see301

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see293

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see238

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see226

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see224

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see222

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see208

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see202

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see184

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see181

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see169

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri