Icma.az, Bizimyol portalına istinadən məlumat verir. "Çətin ki, Ermənistan Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçilik səylərini qəbul e
Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib. Simonyan buna ehtimalın az olduğunu vurğulayıb.
Görünən odur ki, Ermənistan Rusiyanı özündən uzaqlaşdırıb Qərbə yanaşmaq üçün əlindən gələni edir.Ermənistanın sülh masasında Rusiyadan imtina etməsi belə bir masanın qurulmasını nə dərəcədə mümkün edir?
Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya Cənubi Qafqazda tarixən söz sahibi olub və bu gün də bu mövqeni qoruyub saxlamaq niyyətindədir: “Ermənistanı tarixi Azərbaycan torpaqlarında yaradan, müdafiə edən Rusiya olub.
Uzun illər boyu biz bu dəstəyi hiss etmişik. Lakin son bir neçə ildə Ermənistanın Qərbə meyllənməsi və Avropa İttifaqının, Fransanın kölgəsi
Bu da təbiidir, ancaq nəzərə almaq lazımdır ki, 44 günlük müharibədən sonra Ermənistan kapitulyasiya aktına imza atarkən bu məsələdə vasitəç
“Üçtərəfli bəyanatı” imzalayanlardan biri də Rusiya Federasiyasının prezidenti Vladimir Putindir”.
Tahir Rzayev Deputat qeyd edib ki, belə olan halda sülh müqaviləsinin imzalanmasında Rusiyanın iştirak etməsi ona müəyyən mənada haqq qazandırır: “Ancaq Rusiya müqavilənin imzalanmasında iştirak etməyə də bilər.