Icma.az
close
up
RU
Rusiyanın vasitəçiliyi, iştirakı olmadan Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalaya bilər

Rusiyanın vasitəçiliyi, iştirakı olmadan Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalaya bilər

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

"Çətin ki, Ermənistan Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçilik səylərini qəbul etsin". Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib. Simonyan buna ehtimalın az olduğunu vurğulayıb.

Görünən odur ki, Ermənistan Rusiyanı özündən uzaqlaşdırıb Qərbə yanaşmaq üçün əlindən gələni edir.

Ermənistanın sülh masasında Rusiyadan imtina etməsi belə bir masanın qurulmasını nə dərəcədə mümkün edir?

Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya Cənubi Qafqazda tarixən söz sahibi olub və bu gün də bu mövqeni qoruyub saxlamaq niyyətindədir: “Ermənistanı tarixi Azərbaycan torpaqlarında yaradan, müdafiə edən Rusiya olub. Uzun illər boyu biz bu dəstəyi hiss etmişik. Lakin son bir neçə ildə Ermənistanın Qərbə meyllənməsi və Avropa İttifaqının, Fransanın kölgəsinə sığınması Rusiyada narahatlıq yaradır. Bu da təbiidir, ancaq nəzərə almaq lazımdır ki, 44 günlük müharibədən sonra Ermənistan kapitulyasiya aktına imza atarkən bu məsələdə vasitəçi yenə də Rusiya oldu. “Üçtərəfli bəyanatı” imzalayanlardan biri də Rusiya Federasiyasının prezidenti Vladimir Putindir”.

Tahir Rzayev

Deputat qeyd edib ki, belə olan halda sülh müqaviləsinin imzalanmasında Rusiyanın iştirak etməsi ona müəyyən mənada haqq qazandırır: “Ancaq Rusiya müqavilənin imzalanmasında iştirak etməyə də bilər. Çünkü artıq baş verən proseslər, qələbəmiz və hadisələr Azərbaycan-Ermənistan arasında gedən müəyyən söhbətlər, sərhədlərin müəyyənləşdirilməsi və digər detalların müzakirəsi deməyə əsas verir ki, Ermənistan və Azərbaycan Rusiyanın iştirakı olmadan sülh müqaviləsini imzalaya bilərlər.

“Kreml bu gün bu danışıqlarda vasitəçi olmaqda maraqlıdır. Çünki Rusiya Cənubi Qafqazda öz mövqelərini itirmək, ora başqa iştirakçıların gətirilməsinin qarşısını almaq fikrindədir və bu fikirdə qətiyyətlidir. İrəvanla Bakı özləri öz aralarında müstəqil şəkildə Kremlin iştirakı olmadan problemləri həll edə bilərlər. Rusiya bunun tərəfdarı olduğunu sözdə bildirsə də, lakin müəyyən bəyanatlarda və müəyyən çıxışlarda mütləq bu danışıqlarda Kremlin iştirakını vacib hesab edirlər”-deyə deputat bildirib.

Tahir Rzayev vurğulayıb ki, Azərbaycan prezidenti dəfələrlə öz çıxışlarında bildirib ki, “bizə müqavilənin imzalanmasında vasitəçi lazım deyil, Ermənistan və Azərbaycan özü öz problemini həll etməlidir”, ancaq bu problemin həllində Ermənistan obyektiv mövqe tutmalı və heç bir havadarına arxalanmamalıdır.

Tahir Rzayev təəssüflə bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan belə bir mövqeyi sərgiləyə bilmir, özündə buna güc tapmır.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Fevral 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri