Rusiyanın yaxın gələcəkdə Ukraynaya güzəştə gedəcəyi gözlənilmir ŞƏRH | Icma.az
Moderator.az saytına istinadən Icma.az xəbər verir. “Rusiya özünü dünyaya sülhpərvər ölkə kimi göstərməyə və Qərbi ittiham etməyə çalışır”.
Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
Siyasi şərhçinin sözlərinə görə, Kremlin mətbuat katibi Dmitri Peskov bu günlərdə bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib: “Rəsmi Moskva əvvəllər də oxşar açıqlamalar verib.
Müharibə uzandıqca Rusiyanın da işi çətinləşir. Odur ki, danışıqlara çalışır. Amma əsas səbəb bu deyil.
Əsas məsələ odur ki, birincisi, Rusiya özünü dünyaya sülhpərvər kimi göstərməyə və Qərbi ittiham etməyə çalışır.
İkincisi isə təşəbbüs hələ də Rusiyanın əlindədir. Ona görə bilir ki, şərtləri diktə edə biləcək.
Ukrayna Rusiyanın şərtləri ilə razılaşmır K.Novruzov qeyd edib ki, Ukrayna Rusiyanın şərtləri ilə razılaşmır: “Ukraynanın bu mövqeyində Cozef Bayden administrasiyasının da mühüm rolu var.
Belə ki, savaşın uzanmasını və Rusiyanın zəifləyib, idarə olunan hala gətirilməsini istəyən rəsmi Vaşinqton Ukraynaya sadəcə müqavimət məqsədli silah göndərərək onu döyüşlərə davam etdirməyə sövq edir.
Tam oxu
Xəbəri oxu