Icma.az
close
up
RU
Rusiyanın yaxın gələcəkdə Ukraynaya güzəştə gedəcəyi gözlənilmir ŞƏRH

Rusiyanın yaxın gələcəkdə Ukraynaya güzəştə gedəcəyi gözlənilmir ŞƏRH

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

“Rusiya  özünü dünyaya sülhpərvər ölkə kimi göstərməyə və Qərbi ittiham etməyə çalışır”.

Bu fikirləri Moderator.az-a açıqlamasında  siyasi şərhçi Kənan Novruzov deyib.

Siyasi şərhçinin sözlərinə görə, Kremlin mətbuat katibi Dmitri Peskov bu günlərdə bildirib ki,  Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib:

“Rəsmi Moskva əvvəllər də oxşar açıqlamalar verib. Müharibə uzandıqca Rusiyanın da işi çətinləşir. Odur ki, danışıqlara çalışır. Amma əsas səbəb bu deyil. Əsas məsələ odur ki, birincisi, Rusiya  özünü dünyaya sülhpərvər kimi göstərməyə və Qərbi ittiham etməyə çalışır. İkincisi isə təşəbbüs hələ də Rusiyanın əlindədir. Ona görə bilir ki, şərtləri diktə edə biləcək. Ukrayna Rusiyanın şərtləri ilə razılaşmır

K.Novruzov qeyd edib ki, Ukrayna Rusiyanın şərtləri ilə razılaşmır: 

“Ukraynanın bu mövqeyində Cozef Bayden administrasiyasının da mühüm rolu var. Belə ki, savaşın uzanmasını və Rusiyanın zəifləyib, idarə olunan hala gətirilməsini istəyən rəsmi Vaşinqton Ukraynaya sadəcə müqavimət məqsədli silah göndərərək onu döyüşlərə davam etdirməyə sövq edir. ABŞ-nin Ukraynaya Rusiyanın dərinliklərinə uzaqmənzilli raketlərlə zərbələr endirməsinə icazə verməsindən və Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləməsindən sonra müharibə yeni fazaya daxil olub.Bu, danışıqlar imkanını daha da azaltmaqla yanaşı, həm də mövcud gərginlik səviyyəsini artırır. 

İkinci bir tərəfdən isə ABŞ- ın yeni seçilmiş prezidenti Donald Trampın andiçməsindən sonra vəziyyət dəyişə bilər. Mümkündür ki, rəsmi Moskva buna arxayındır. Ağ evin  Kiyevə dəstəyi azaldacağı gözlənilir. Rusiyanın mövqeyi də onu deməyə əsas verir ki, rəsmi Moskva ABŞ-dakı seçkilərin nəticəsindən məmnundur. Perspektivdə ABŞ dəstəyi azaldar və ya tamamilə dayandırarsa, bu, Ukraynanı Rusiya ilə danışıqlara məcbur edə bilər. Mümkün danışıqlarla bağlı isə iki mümkün variant var: ya Tramp hakimiyyətinin ilk vaxtlarından Ukrayna Prezidenti Volodimir Zelenskini danışıqlara razı salacaq ya da məcbur edəcək. Əlbəttə, Rusiyanın da imkanları getdikcə tükənir. Ona görə də danışıqlara açıqdır. Ancaq səbəb budur ki, rəsmi Moskva təşəbbüsün öz əlində olduğunu bilir, ona görə də "oyun qaydalarını" diktə etməyə çalışır. Rusiyanın ən azı yaxın gələcəkdə Ukraynaya güzəştə gedəcəyi gözlənilmir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Noyabr 2024 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri