Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Metbuat.az və “Atlas” Araşdırmalar Mərkəzi birlikdə hazırlanan layihəmiz çərçivəsində, “Atlas” Araşdırmalar Mərkəzinin Asiya və Sakit Okean ölkələri üzrə siyasi ekperti Samir Hümbətovun Metbuat.az-a özəl yeni şərhini təqdim edirik: Rusiya Federasiyasında getdikcə artmaqda olan mərkəzdənqaçma meylləri son dövrlər daha da sürətlənməkdədir.
1991-ci ildə SSRİ-nin dağılması ilə onun varsi hesab edilən Rusiyanın çətin günləri başladı.
SSRİ tərkibində olmuş 15 müttəfiq dövlət qısa müddət ərzində ayrılıb müstəqilliyini elan etdi.
Bu proseslərin gedişi dövründə Rusiyanın daxilində parçalanma meylləri daha da gücləndi.
Bir tərəfdə Çeçenistan və İçkeriya Respublikası Moskvaya tabe olmamağa, özünün müstəqilliyini elan etməyə və müstəqil dövlət qurmağa çalışırdı, digər tərəfdə isə Rusiya Federasiyasının başqa subyektləri də özlərini müstəqil dövlət kimi təsdiq etməyə çalışırdılar.
Təbii ki, Tatarıstan bu siyahının başında gələnlərdən biri idi.
30 avqust 1990-cı ildə Tatarıstan Sovet Sosialist Respunlikasının elanı haqqında deklarasiya qəbul edildi və Tatarıstan da özünün müstəqilliyini elan etdi.