Icma.az
close
up
RU
Rusiyanın YENİ PLANI: Tatarıstan Respublikası qubernatorluğa çevrilir AÇIQLAMA

Rusiyanın YENİ PLANI: Tatarıstan Respublikası qubernatorluğa çevrilir AÇIQLAMA

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Metbuat.az və “Atlas” Araşdırmalar Mərkəzi birlikdə hazırlanan layihəmiz çərçivəsində, “Atlas” Araşdırmalar Mərkəzinin Asiya və Sakit Okean ölkələri üzrə siyasi ekperti Samir Hümbətovun Metbuat.az-a özəl yeni şərhini təqdim edirik:

Rusiya Federasiyasında getdikcə artmaqda olan mərkəzdənqaçma meylləri son dövrlər daha da sürətlənməkdədir. 1991-ci ildə SSRİ-nin dağılması ilə onun varsi hesab edilən Rusiyanın çətin günləri başladı. SSRİ tərkibində olmuş 15 müttəfiq dövlət qısa müddət ərzində ayrılıb müstəqilliyini elan etdi. Bu proseslərin gedişi dövründə Rusiyanın daxilində parçalanma meylləri daha da gücləndi. Bir tərəfdə Çeçenistan və İçkeriya Respublikası Moskvaya tabe olmamağa, özünün müstəqilliyini elan etməyə və müstəqil dövlət qurmağa çalışırdı, digər tərəfdə isə Rusiya Federasiyasının başqa subyektləri də özlərini müstəqil dövlət kimi təsdiq etməyə çalışırdılar. Təbii ki, Tatarıstan bu siyahının başında gələnlərdən biri idi. 30 avqust 1990-cı ildə Tatarıstan Sovet Sosialist Respunlikasının elanı haqqında deklarasiya qəbul edildi və Tatarıstan da özünün müstəqilliyini elan etdi. 7 fevral 1992-ci ildən başlayaraq Tatarıstan Respublikası adlandırılmağa başlanıldı. Amma bu müstəqilliyin ömrü o qədər də uzun olmadı. 1994-cü ildə yenidən Tatarıstan Respublikasının yalnız xarici siyasətindən başqa bütün suverenliyi saxlanılmaqla Rusiya Federasiyasının tərkibinə qatdılar. Beləliklə, Tatarıstanda prezident üsul idarəsi də saxlanıldı və həmin ildən başlayaraq faktiki olaraq Rusiyada iki prezident üsul-idarəsi mövcuddur. Yəni Rusiya Federasiyasının prezidenti və Tatarıstan Respublikasının prezidenti 2016-cı ildə isə Rusiya Dövlət Dumasının senatorları senator Andrey Klişas və deputat Pavel Kraşeninnikov tərəfindən yeni qanun layihəsi qəbul olunmuşdur. Sözügedən layihədə Rusiyada regional hakimiyyət orqanlarının vahid strukturunu və onların iş prinsiplərini müəyyən edilir.


Həmin müvafiq qanuna əsasən, Rusiya Federasiyasında yalnız bir prezidenti ola bilər. Qəbul edilmiş qanuna əsasən onun subyektlərindəki ən yüksək vəzifəli şəxslər isə prezident titulundan məhrum edilərək, yalnız qubernator adlandırıla bilərlər. Artıq həmin qanunun qəbulundan 5 il keçib və hələdə Rusiya Federasiyasını meydana gətirən respublikaların suverenlik haqlarını pozduğunu əsas gətirərək Tatarıstan bu sənədə əhəmiyyət vermək niyyətində deyil. Məhz buna görədir ki, Tatarıstan parlamentinin 82 deputatın razılığı ilə Dövlət Duması tərəfindən 2016-cı ildə Rusiya Federasiyası subyektlərinin respublika prezidenti vəzifəsinin ləğvini nəzərdə tutan qanun layihəsini tanımaqdan imtina edib. Tatarıstan Respublikasının Dövlət Şurası Komitəsinin rəhbəri Albert Xabibullin bu qanun layihəsindən imtina etmələrinə səbəb kimi qanun layihəsinin bir sıra müddəalarının “demokratik federal hüquqi dövlət kimi Rusiya Federasiyasının konstitusiya sisteminin əsaslarına ziddir” olduğunu göstərib. Eyni zamanda Xabibullin bildirib ki, bu məsələnin müzakirəsi üçün vaxt itirməyin heç bir mənası yoxdur. Bu məsələdə Dövlət Şurası Komitəsinin rəhbəri Albert Xabibullinin fikirlərinə Tatarıstan Dövlət Şurasının spikeri Fərid Muxametşin də dəstək verdiyini bildirib. Tatarıstan Dövlət Şurasının spikeri onu da bildirib ki, mümkündür ki, gələcəkdə deputatlar qanun layihəsinin müzakirəsinə qayıtsınlar. Bu addımlarla Tatarıstan parlamenti Rüstəm Minnixanovun respublika prezidenti adlandırılmasını məsələsinə açıq şəkildə dəstək verib.

Rusiyanın rəsmi hökumət dairələrindən bu yeni qanun layihəsi ilə bağlı verilən açıqlamada bildirilir ki, qanun layihəsinin qəbulunda əsas məqsədin qubernatorluq vəzifəsinin təyinatlı dövlət işi kimi təqdim edilməsidir. Bu isə prezidentlik hesab edilmir. Əlbəttə ki, bu qanun layihəsi formal olaraq Rusiyanın bütün regionlarına aid edilsə də, əslində əsas məqsədin Tararıstanda prezident üsul-idarəsini aradan qaldırmaq və Tatarıstandakı yarı-suverenlik statusunu aradan qaldırmaqla Rusiya Federasiyasının subyektinə çevirməkdir.


Şübhəsiz ki, son illər Rusiya ətrafında baş verən prosesləri diqqətlə izlədikdə mərkəzi hökumətinin bu addımı atmasında bir neçə versiyanın olduğunu görmək mümkündür: Dərin iqtisadi böhran və Covid-19 pandemiyasının yaratdığı ciddi fəsadlar nəticəsində Rusiya mərkəzi hökuməti yarana biləcək etiraz dalğalarının qarşısını almaq və əhalini nisbətən də olsa sakitləşdirmək məqsədi ilə əsas diqqəti böyük şəhərlərə, daha dəqiq desək Moskva, Sankt-Peterburq və bu kimi böyük şəhərlərə yönəldib. Ona görə də digər kiçik şəhərlər, xüsusilə də Rusiyanın şərq əraziləri demək olar ki, diqqətdən kənar saxlanılmaqdadır.

Rusiyanın isə əsas qorxusu və narahatlığı bu iqtisadi böhran nəticəsində iqtisadi vəziyyətin daha da gərgin olduğu şərq bökgələrində baş verə biləcək mərkəzdənqaçma meyilləridir. Ona görə də Rusiya mərkəzi hökuməti bütün gücü ilə çalışır ki, digər federal subyektlərin, xüsusilə də özünü idarəetmə və xarici siyasətdən başqa digər suverenlik statusunu hələ də əlində saxlayamağı bacaran Tatarıstan Respublikasını sadəcə əyalət qubernatorluğuna çevirməklə gələcəkdə baş verəcək parçalanmanın qarşısını ala bilsin.

Bu proses Tatarıstanda həyata keçrilə bilərsə, bu təcrübəni digər regionlara da yönəlmək və idarəetməni öz əlinə almaqdır. Seçki ilə deyil, Kremlin istəyi ilə təyin edilən şəxslərin vasitəsi ilə idarəetməni həyata keçirtmək olar.

Nəticə olaraq onu qeyd etmək mümkündür ki, Rusiya Covid-19 pandemiyası və beynəlxalq sanksiyaların təsiri nəticəsində getdikcə parçalanmağa doğru yaxınlaşır. Tatarıstan isə bunun ilk qaranquşu ola bilər.

Gülbəniz Hüseynli / METBUAT.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 15 Noyabr 2024 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri