Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Ölkə.az xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts Berlində "İstəklilər Koalisiyası"nın görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
Merts vurğulayıb ki, danışıqlar prosesinin məqsədi təhlükəsiz Avropada suveren Ukraynanın mövcudluğu üçün şəraitin yaradılması olaraq qalır.
"Bu zaman ərazi məsələləri üzrə qarşılıqlı anlaşma üçün başlanğıc nöqtəsi təmas xətti olmalıdır", - kansler bildirib.
O, həmçinin qeyd edib ki, Ukrayna Avropa yolu ilə hərəkət etmək imkanını qorumalı və ölkənin bərpasında dəstək almalıdır.
"Buna cavab olaraq, Rusiyaya qarşı sanksiyaların tədricən, müəyyən şərtlərlə əlaqələndirilmiş şəkildə ləğvi mümkündür", - Merts əlavə edib.