Rusiyaya qarşı sanksiyalar yumşaldıla bilər Merts şərti açıqladı
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Ölkə.az xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts Berlində "İstəklilər Koalisiyası"nın görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
Merts vurğulayıb ki, danışıqlar prosesinin məqsədi təhlükəsiz Avropada suveren Ukraynanın mövcudluğu üçün şəraitin yaradılması olaraq qalır.
"Bu zaman ərazi məsələləri üzrə qarşılıqlı anlaşma üçün başlanğıc nöqtəsi təmas xətti olmalıdır", - kansler bildirib.
O, həmçinin qeyd edib ki, Ukrayna Avropa yolu ilə hərəkət etmək imkanını qorumalı və ölkənin bərpasında dəstək almalıdır.
"Buna cavab olaraq, Rusiyaya qarşı sanksiyaların tədricən, müəyyən şərtlərlə əlaqələndirilmiş şəkildə ləğvi mümkündür", - Merts əlavə edib.
Bu mövzuda digər xəbərlər:“Rusiyaya qarşı sanksiyalar yumşaldıla bilər” “Reuters”
20 Yanvar 2025 16:45
Rusiyaya qarşı sanksiyaların yumşaldılması şərti açıqlanıb
16 Aprel 2025 09:27
Merts: Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayacaq
14 Noyabr 2025 21:30
Rusiyaya qarşı sanksiyalar sərtləşdirilə bilər
19 Oktyabr 2026 01:43
Rusiyaya qarşı yeni sanksiyalar
03 Sentyabr 2025 21:39
Baxış sayı:91
Bu xəbər 20 Noyabr 2026 00:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















