Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropada yeni bir hərbi alyans formalaşır ki, bu, NATO-ya alternativ olmasa da, heç olmasa onu tamamlayan bir qurum kimi çıxış edə bilər.
Bu, Rusiyadan gələn təhlükənin artması fonunda baş verir. Axar.az xəbər verir ki, bu barədə “Defense Express” hərbi-analitik portal yazıb.
Analitiklər bunu yeni “Antanta” birliyi də adlandırırlar. Baxmayaraq ki, yeni alyansın bütün üzvləri artıq NATO çətiri altındadır.
Bildirilir ki, son bir həftə ərzində Böyük Britaniya Avropanın iki əsas dövləti – Almaniya və Fransa ilə ardıcıl olaraq iki müdafiə sazişi imzalayıb.
Beləliklə, Londonda mərkəzləşmiş üçtərəfli hərbi blok yaranıb.
Analitiklərin sözlərinə görə, Britaniya ilə Almaniya arasında imzalanmış sazişdə tərəflərin silahlı hücum halında bir-birlərinə, o cümlədən hərbi vasitələrlə yardım etməyə və qarşılıqlı müdafiəyə sadiq olduqları vurğulanır.
Britaniya-Fransa sazişi üzrə bəyannamədə isə bildirilir ki, hər iki ölkənin nüvə qüvvələri müstəqil olsa da, koordinasiya oluna bilər və Avropa üçün elə bir fövqəladə təhlükə yoxdur ki, hər iki ölkənin cavab tədbirlərini şərtləndirməsin.