Icma.az
close
up
RU
Rusiyaya qarşı yeni Antanta yaranır: İki saziş imzalandı

Rusiyaya qarşı yeni Antanta yaranır: İki saziş imzalandı

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropada yeni bir hərbi alyans formalaşır ki, bu, NATO-ya alternativ olmasa da, heç olmasa onu tamamlayan bir qurum kimi çıxış edə bilər. Bu, Rusiyadan gələn təhlükənin artması fonunda baş verir.

Axar.az xəbər verir ki, bu barədə “Defense Express” hərbi-analitik portal yazıb.

Analitiklər bunu yeni “Antanta” birliyi də adlandırırlar. Baxmayaraq ki, yeni alyansın bütün üzvləri artıq NATO çətiri altındadır.

Bildirilir ki, son bir həftə ərzində Böyük Britaniya Avropanın iki əsas dövləti – Almaniya və Fransa ilə ardıcıl olaraq iki müdafiə sazişi imzalayıb. Beləliklə, Londonda mərkəzləşmiş üçtərəfli hərbi blok yaranıb.

Analitiklərin sözlərinə görə, Britaniya ilə Almaniya arasında imzalanmış sazişdə tərəflərin silahlı hücum halında bir-birlərinə, o cümlədən hərbi vasitələrlə yardım etməyə və qarşılıqlı müdafiəyə sadiq olduqları vurğulanır. Britaniya-Fransa sazişi üzrə bəyannamədə isə bildirilir ki, hər iki ölkənin nüvə qüvvələri müstəqil olsa da, koordinasiya oluna bilər və Avropa üçün elə bir fövqəladə təhlükə yoxdur ki, hər iki ölkənin cavab tədbirlərini şərtləndirməsin.

Nəşr qeyd edir ki, imzalanmış sənədlərin mahiyyəti NATO-nun kollektiv müdafiəyə dair 5-ci maddəsinin təkrar olunmasıdır:

"Əlbəttə, Böyük Britaniya faktiki olaraq özünün mərkəzində dayandığı əlavə üçtərəfli müdafiə razılaşması yaradır. Halbuki bu üç ölkə NATO çərçivəsində oxşar öhdəliklərlə onsuz da bir-birinə bağlıdır. Qarşılıqlı müdafiə öhdəliklərinin bir daha sənədlərlə təsdiqlənməsi ehtiyacı isə ən azından, mürəkkəbin yenilənməsinə olan ehtiyacı göstərir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:265
embedMənbə:https://axar.az
archiveBu xəbər 19 İyul 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri