Rusiyaya rusların gözü ilə baxmaq lazımdır NATO sabiq komandanı | Icma.az
Icma.az bildirir, Olke.az portalına istinadən. “Əksərimiz Rusiyaya baxıb deyirik ki, iqtisadiyyatı böhran içindədir, hərbi qüvvələr o qədər
Amma Rusiyaya Rusiya tarixi, rus mədəniyyəti və Rusiyanın indiki mexanizmləri vasitəsilə baxmaq lazımdır. Putin müharibə maşını qurur”.
Ölkə.Az xəbər verir ki, bunu NATO-nun keçmiş Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Uesli Klark Ukraynadakı müharibə ilə bağlı mövqeyini şərh edərkən deyib.
“Rusiyada hərbi-sənaye kompleksi Çin, İran və Şimali Koreyadan əhəmiyyətli dəstək alaraq gecə-gündüz işləyir.
O, əslində, bütün işçi qüvvəsindən istifadə etmir. Bunu ucuz qiymətə etməyə çalışır”, - o qeyd edib.
Tramp-Zelenski arasındakı qalmaqala gəldikdə isə Klark bildirib ki, Ağ Evdəki bu hadisə Avropadan və Ukrayna xalqından Zelenskiyə və Ukraynaya dəstəyə səbəb oldu.
"Onlar Ukraynanı Rusiyaya təslim etmək fikrində deyillər", - o əlavə edib.
Rusiya-Ukrayna müharibəsinin nə zaman bitəcəyi ilə bağlı məsələni şərh edən Klark deyib ki, müharibə tezliklə bitməyəcək.
Tam oxu
Xəbəri oxu