Rusiyaya rusların gözü ilə baxmaq lazımdır NATO sabiq komandanı
Icma.az bildirir, Olke.az portalına istinadən.
“Əksərimiz Rusiyaya baxıb deyirik ki, iqtisadiyyatı böhran içindədir, hərbi qüvvələr o qədər də sürətlə hərəkət etmir, çoxlu itkilər verirlər. Amma Rusiyaya Rusiya tarixi, rus mədəniyyəti və Rusiyanın indiki mexanizmləri vasitəsilə baxmaq lazımdır. Putin müharibə maşını qurur”.
Ölkə.Az xəbər verir ki, bunu NATO-nun keçmiş Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Uesli Klark Ukraynadakı müharibə ilə bağlı mövqeyini şərh edərkən deyib.
“Rusiyada hərbi-sənaye kompleksi Çin, İran və Şimali Koreyadan əhəmiyyətli dəstək alaraq gecə-gündüz işləyir. O, əslində, bütün işçi qüvvəsindən istifadə etmir. Bunu ucuz qiymətə etməyə çalışır”, - o qeyd edib.
Tramp-Zelenski arasındakı qalmaqala gəldikdə isə Klark bildirib ki, Ağ Evdəki bu hadisə Avropadan və Ukrayna xalqından Zelenskiyə və Ukraynaya dəstəyə səbəb oldu. "Onlar Ukraynanı Rusiyaya təslim etmək fikrində deyillər", - o əlavə edib.
Rusiya-Ukrayna müharibəsinin nə zaman bitəcəyi ilə bağlı məsələni şərh edən Klark deyib ki, müharibə tezliklə bitməyəcək. “Lakin Putin danışıqlarda güclü mövqeyə malikdir”, - o vurğulayıb.
Mürtəza
Ölkə.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 03 Mart 2025 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















