Ruslar mərkəzi bazarı vurub, ölənlər var

26.12.2024

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


Rusiya hərbçiləri Nikopolda (Dnepropetrovsk vilayəti) mərkəzi bazara hücum edib.
Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, qurbanlar arasında dörd qadın və iki kişi var.
“Xilasedicilər təcili tibbi yardım briqadasının həkimləri ilə birlikdə zərərçəkmişlərə operativ tibbi yardım göstərərək xəstəxanaya çatdırıblar”, - məlumatda qeyd edilir.
Əlavə olunur ki, hücum zamanı ticarət obyektlərinə ciddi ziyan dəyib.
Dnepropetrovsk Regional Dövlət Administrasiyasının rəhbəri Sergey Lısak deyib ki, hücum kamikadze dronlar vasitəsilə həyata keçirilib.
V. QULİYEV

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью