Ruslar mərkəzi bazarı vurub, ölənlər var
Icma.az, Reyting.az portalına istinadən məlumat verir.
Rusiya hərbçiləri Nikopolda (Dnepropetrovsk vilayəti) mərkəzi bazara hücum edib.
Reyting.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, qurbanlar arasında dörd qadın və iki kişi var.
“Xilasedicilər təcili tibbi yardım briqadasının həkimləri ilə birlikdə zərərçəkmişlərə operativ tibbi yardım göstərərək xəstəxanaya çatdırıblar”, - məlumatda qeyd edilir.
Əlavə olunur ki, hücum zamanı ticarət obyektlərinə ciddi ziyan dəyib.
Dnepropetrovsk Regional Dövlət Administrasiyasının rəhbəri Sergey Lısak deyib ki, hücum kamikadze dronlar vasitəsilə həyata keçirilib.
V. QULİYEV
Bu mövzuda digər xəbərlər:Ruslar Ukraynada bazarı raketlə vurdular Ölənlər var FOTO
20 Avqust 2025 19:48
Ruslar Nikolayevi vurdular: Ölənlər var
06 Dekabr 2024 12:44
Ruslar Nikopola zərbələr endirdi: ölənlər var
07 Avqust 2025 00:50
Ruslar Xarkova hücum edib, ölənlər var
14 Avqust 2025 17:35
Ruslar Konstantinovkaya zərbə endirdi: ölənlər var
10 İyul 2025 00:19
Baxış sayı:118
Bu xəbər 26 Dekabr 2024 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















