Rüşvət alan xəstəxana rəhbəri və həkimə Şərti cəza verildi

13.12.2024

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rüşvət almaqda ittiham edilən Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının direktoru Anar Zamanov və Beyləqan rayon Mərkəzi Xəstəxanasının həkim-nevroloqu Kifayət Hacıyevanın məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, onlar Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə (rüşvət alma, təkrar rüşvət alma) təqsirli biliniblər.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların hər ikisinə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilsə də, A.Zamanova 1 il 6 ay, K.Hacıyevaya isə 1 il sınaq müddəti verilməklə həmin cəzalar şərti hesab edilib. Beləliklə, hər iki şəxs azadlıqda qalıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 4 epizod üzrə rüşvət almada ittiham ediliblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью