Rüşvət alan xəstəxana rəhbəri və həkimə Şərti cəza verildi
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rüşvət almaqda ittiham edilən Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının direktoru Anar Zamanov və Beyləqan rayon Mərkəzi Xəstəxanasının həkim-nevroloqu Kifayət Hacıyevanın məhkəməsi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, onlar Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə (rüşvət alma, təkrar rüşvət alma) təqsirli biliniblər.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların hər ikisinə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilsə də, A.Zamanova 1 il 6 ay, K.Hacıyevaya isə 1 il sınaq müddəti verilməklə həmin cəzalar şərti hesab edilib. Beləliklə, hər iki şəxs azadlıqda qalıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 4 epizod üzrə rüşvət almada ittiham ediliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 13 Dekabr 2024 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















