Sabah bu ərazilərdə qaz olmayacaq

20.11.2024

Icma.az, Anews saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sabah Şirvan şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.Bu barədə Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, "Azəriqaz" İB-nin razılıq məktubuna əsasən vətəndaşa məxsus həyətyanı sahənin qarşısından keçən, diametri 76 mm-lik qaz xəttinin podratçı təşkilat tərəfindən yerinin dəyişdirilməsi ilə əlaqədar, noyabrın 21-i saat 14:00-dan etibarən işlər yekunlaşanadək Şirvan şəhəri T.İsmayılov küçəsinin bir hissəsi, Kənd yaşayış massivinin bir hissəsi və F.Cavadov küçəsində (ümumilikdə 880 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.
www.anews.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью