Sabah bu ərazilərdə qaz olmayacaq
Icma.az, Anews-dan verilən məlumata əsaslanaraq, xəbər verir Sabah bu ərazilərdə qaz olmayacaq.
Sabah Şirvan şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.Bu barədə Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, "Azəriqaz" İB-nin razılıq məktubuna əsasən vətəndaşa məxsus həyətyanı sahənin qarşısından keçən, diametri 76 mm-lik qaz xəttinin podratçı təşkilat tərəfindən yerinin dəyişdirilməsi ilə əlaqədar, noyabrın 21-i saat 14:00-dan etibarən işlər yekunlaşanadək Şirvan şəhəri T.İsmayılov küçəsinin bir hissəsi, Kənd yaşayış massivinin bir hissəsi və F.Cavadov küçəsində (ümumilikdə 880 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.www.anews.az
![see](https://icma.az/template/assets/label.png)
Sabah bu ərazilərdə qaz olmayacaq
25 Noyabr 2024 17:41
![see](https://icma.az/template/assets/see.png)