“Sabah” Elvinin hansı futbolçusunu manipulyasiya etdiyini düşünür? ya Şafranko, ya da Seki…
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Sabah” dünən “Neftçi”nin futbolçusu Elvin Camalovla bağlı yaydığı məlum bəyanatda bir çox məqamdan bəhs etsə də, sabiq kapitanın hansı oyunçuya qeyri-etik təklif etdiyini açıqlamadı.
O bəllidi ki, həmin futbolçunun klubla müqaviləsi növbəti mövsümü də əhatə edir.“Football-plus.az” bu ipucudan istifadə edərək həmin futbolçunun kim ola biləcəyinə aydınlıq gətirdi.Belə ki, “bayquşlar”la müqaviləsinin müddəti növbəti mövsümün sonunda başa çatacaq futbolçular Yusif İmanov, Nicat Mehbaliyev, İqor Noqeyra, Ayaz Quliyev, Cesse Sekidika və Pavol Şafrankodu.
Bilindiyi kimi, qapıçılar Yusif və Nicat Masazır təmsilçisinin Stas Pokatilovu transfer etməsindən sonra start heyətindəki yerini itirib.
Düzdü, Ayaz Quliyev ötən “futbol ili”ndə komandanın aparıcı simalarından idi.
Lakin cari mövsümdə zədə üzündən cəmi 6 matçda meydana çıxa bilib. Mərkəz müdafiəçisi İqor Noqeyra da aparıcı oyunçular sırasında deyil.
Ümumiyyətlə, böyük ümidlərlə kollektivə cəlb edilən braziliyalının mövqeyindəki problemlərə çarə ola bilmədiyi sirr deyil.
Beləliklə, “Sabah”ın Pavol Şafrankonu nəzərdə tutduğunu düşünmək olar.
Tam oxu
Xəbəri oxu