Icma.az
close
up
RU
“Sabah” Elvinin hansı futbolçusunu manipulyasiya etdiyini düşünür? ya Şafranko, ya da Sekidika!

“Sabah” Elvinin hansı futbolçusunu manipulyasiya etdiyini düşünür? ya Şafranko, ya da Sekidika!

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Sabah” dünən “Neftçi”nin futbolçusu Elvin Camalovla bağlı yaydığı məlum bəyanatda bir çox məqamdan bəhs etsə də, sabiq kapitanın hansı oyunçuya qeyri-etik təklif etdiyini açıqlamadı. O bəllidi ki, həmin futbolçunun klubla müqaviləsi növbəti mövsümü də əhatə edir.

“Football-plus.az” bu ipucudan istifadə edərək həmin futbolçunun kim ola biləcəyinə aydınlıq gətirdi.
Belə ki, “bayquşlar”la müqaviləsinin müddəti növbəti mövsümün sonunda başa çatacaq futbolçular Yusif İmanov, Nicat Mehbaliyev, İqor Noqeyra, Ayaz Quliyev, Cesse Sekidika və Pavol Şafrankodu. Bilindiyi kimi, qapıçılar Yusif və Nicat Masazır təmsilçisinin Stas Pokatilovu transfer etməsindən sonra start heyətindəki yerini itirib. Düzdü, Ayaz Quliyev ötən “futbol ili”ndə komandanın aparıcı simalarından idi. Lakin cari mövsümdə zədə üzündən cəmi 6 matçda meydana çıxa bilib. Mərkəz müdafiəçisi İqor Noqeyra da aparıcı oyunçular sırasında deyil. Ümumiyyətlə, böyük ümidlərlə kollektivə cəlb edilən braziliyalının mövqeyindəki problemlərə çarə ola bilmədiyi sirr deyil. Beləliklə, “Sabah”ın Pavol Şafrankonu nəzərdə tutduğunu düşünmək olar. Mərkəz hücumçusu həm də sağ və sol cinah yarımmüdafiəçisi kimi çıxış etmək iqtidarındadı. O, cari mövsümdə meydana çıxdığı 28 premyer-liqa matçında 7 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Slovakiyalı həm də yetərincə intizamlı oyunçudu, bu mövsüm cəmi bir sarı vərəqəylə üzləşib. Bu üzdən başqa klubların, eləcə də “Neftçi”nin diqqətini çəkməsi normaldı.
Maraqlıdı ki, mətbuatda həmin futbolçunun məhz Cesse Sekidika olduğu haqda iddialar var. İş orasındadı ki, nigeriyalının klubla müqaviləsinin müddəti “2+1 il”di. Yəni 2023-cü ilin yayında alınan nigeriyalı 2023/24 mövsümünü yaxşı keçirdiyinə görə müqavilə müddəti avtomatik bir il uzadılıb, 2026-nın yayına qədərdi. Yeri gəlmişkən, Sekidika 29 premyer-liqa matçında 10 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Aprel 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see301

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see197

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see190

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see184

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see183

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see178

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see161

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see152

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see139

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see131

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see129

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see127

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see127

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see126

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see123

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see122

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see119

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see119

Covid keçirmiş insanlarda qan laxtalanır Həkimdən xəbərdarlıq

05 Dekabr 2025 09:28see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri