“Sabah” Finlandiya təmsilçisinə qarşı Start heyətlər

21.07.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Sabah” Masazırda Finlandiya təmsilçisi “KuPS”u qəbul edəcək.

Qarşılaşma saat 20:00-da başlayacaq və oyunu Polşadan olan hakimlər briqadası idarə edəcək.

Komandalar arasında cavab görüşü iyulun 28-də Finlandiyada baş tutacaq.

Bu cütün qalibi Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın “Orhus” və Polşanın “Lex” klubları arasındakı duelin qalibi ilə qarşılaşacaq.

Məğlub komanda isə mübarizəsini UEFA Avropa Liqasında davam etdirəcək. Belə ki, həmin kollektiv III təsnifat mərhələsində “Levski” (Bolqarıstan) – “Universitatya” (Rumıniya) cütünün məğlubu ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

21 iyul

20:00. “Sabah” (Azərbaycan) – “KuPS” (Finlandiya)

Baş hakim: Lukaş Kujma (Polşa)

Stadion: Masazır stadionu.

***

Komandaların start heyətləri bəlli olub:

“Sabah”: 92 Stas Pokatilov (k), 3.Stiv Solvet,  27 Timoteuş Puhaç, 5 Rəhman Daşdəmirov,  80 Akim Zedadka, 13 İvan Lepiniça, 7 Umarali Raxmonaliyev, 10 Aleksey İsayev, 11.Kahim Parris,  20 Coy Lens Mikels, 21 Velko Simiç.

Ehtiyat oyunçular: 1 Ramazanov, 94 Mirzəmmədov, 4 Makkarti, 6 Xaibulayev, 16 Rüstəmli, 17 Mütəllimov, 23 Laçab, 33.Almeyda, 34 Severina, 88 Rodriqo Fernandeş, 89 Muxtarov, 99 Mbina.

“KuPS”: Kreydi, Antvi, Nuhu, Maqassa, Puukko, Pennaen, Kask, Armah, Enqvall, Juru, Pajişek

Ehtiyat oyunçular: Rihimaki, Silen, Hayskanen, Savolaynen, Moreno, Kujasalo, Haynonen, Luyeye-Lutumba, Touray, Lötjönen, Rikaro Arauxo, Hamalaynen.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью