“Sabah” Finlandiya təmsilçisinə qarşı Start heyətlər
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Sabah” Masazırda Finlandiya təmsilçisi “KuPS”u qəbul edəcək.
Qarşılaşma saat 20:00-da başlayacaq və oyunu Polşadan olan hakimlər briqadası idarə edəcək.
Komandalar arasında cavab görüşü iyulun 28-də Finlandiyada baş tutacaq.
Bu cütün qalibi Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın “Orhus” və Polşanın “Lex” klubları arasındakı duelin qalibi ilə qarşılaşacaq.
Məğlub komanda isə mübarizəsini UEFA Avropa Liqasında davam etdirəcək. Belə ki, həmin kollektiv III təsnifat mərhələsində “Levski” (Bolqarıstan) – “Universitatya” (Rumıniya) cütünün məğlubu ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
21 iyul
20:00. “Sabah” (Azərbaycan) – “KuPS” (Finlandiya)
Baş hakim: Lukaş Kujma (Polşa)
Stadion: Masazır stadionu.
***
Komandaların start heyətləri bəlli olub:
“Sabah”: 92 Stas Pokatilov (k), 3.Stiv Solvet, 27 Timoteuş Puhaç, 5 Rəhman Daşdəmirov, 80 Akim Zedadka, 13 İvan Lepiniça, 7 Umarali Raxmonaliyev, 10 Aleksey İsayev, 11.Kahim Parris, 20 Coy Lens Mikels, 21 Velko Simiç.
Ehtiyat oyunçular: 1 Ramazanov, 94 Mirzəmmədov, 4 Makkarti, 6 Xaibulayev, 16 Rüstəmli, 17 Mütəllimov, 23 Laçab, 33.Almeyda, 34 Severina, 88 Rodriqo Fernandeş, 89 Muxtarov, 99 Mbina.
“KuPS”: Kreydi, Antvi, Nuhu, Maqassa, Puukko, Pennaen, Kask, Armah, Enqvall, Juru, Pajişek
Ehtiyat oyunçular: Rihimaki, Silen, Hayskanen, Savolaynen, Moreno, Kujasalo, Haynonen, Luyeye-Lutumba, Touray, Lötjönen, Rikaro Arauxo, Hamalaynen.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 21 İyul 2026 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















