Sabah ın performansı ümid verir ki, pley offu da inamla keçəcək Arif Əsədov

13.08.2026

Icma.az bildirir, Fanat portalına istinadən.

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında "Orhus" ilə qarşılaşan “Sabah” Danimarka təmsilçisini məğlub edərək (4:0), pley-off mərhələsinə vəsiqə qazanıb.

Azərbaycan millisinin və "bayquşlar"ın sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb cavab matçı və pley-off perspektivi barədə nə düşündüyünü soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Sabah" klubunu, oyunçularını və rəhbərliyini təbrik edirəm. Çox gözəl qələbə qazandılar. İlk oyunda məğlub olmasına baxmayaraq, səfərdə yaxşı görüş nümayiş etdirmişdi. Xüsusilə, ikinci hissədəki performansı inam verirdi ki, "bayquşlar" cavab matçında qələbə qazana bilər. Azərbaycan çempionu Bakıdakı matçda da göstərdi ki, qalib gəlməyə və pley-off mərhələsinə yüksəlməyə layiqdir. Demək olar ki, bütün komponentlərdə "Orhus"u üstələdi. Hazırda "Sabah"ın performansı ümid verir ki, pley-off-u inamla keçərək, ÇL-in Liqa mərhələsinə düşə bilər".

Qeyd edək ki, “Sabah”ın pley-offda “Hapoel Beer-Şeva” (İsrail) ilə oyunları avqustun 19-da və 25-də reallaşacaq.

Əlisahib İbrahimli

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью