Sabah ın performansı ümid verir ki, pley offu da inamla keçəcək Arif Əsədov
Icma.az bildirir, Fanat portalına istinadən.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında "Orhus" ilə qarşılaşan “Sabah” Danimarka təmsilçisini məğlub edərək (4:0), pley-off mərhələsinə vəsiqə qazanıb.
Azərbaycan millisinin və "bayquşlar"ın sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb cavab matçı və pley-off perspektivi barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Sabah" klubunu, oyunçularını və rəhbərliyini təbrik edirəm. Çox gözəl qələbə qazandılar. İlk oyunda məğlub olmasına baxmayaraq, səfərdə yaxşı görüş nümayiş etdirmişdi. Xüsusilə, ikinci hissədəki performansı inam verirdi ki, "bayquşlar" cavab matçında qələbə qazana bilər. Azərbaycan çempionu Bakıdakı matçda da göstərdi ki, qalib gəlməyə və pley-off mərhələsinə yüksəlməyə layiqdir. Demək olar ki, bütün komponentlərdə "Orhus"u üstələdi. Hazırda "Sabah"ın performansı ümid verir ki, pley-off-u inamla keçərək, ÇL-in Liqa mərhələsinə düşə bilər".
Qeyd edək ki, “Sabah”ın pley-offda “Hapoel Beer-Şeva” (İsrail) ilə oyunları avqustun 19-da və 25-də reallaşacaq.
Əlisahib İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 13 Avqust 2026 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















