Sabah klubu 4000 manat cərimələnib

03.04.2025

Icma.az, Cbcsport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AFFA İntizam Komitəsi "Sabah" klubunu 4000 manat cərimələyib.

Buna komandanın məşqçisi Aleksey Antonyukun "Neftçi"yə qalib gəldikləri (2:1) Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçında hakimlər briqadasını təhqir etməsi səbəb olub.

Baş məşqçinin köməkçisinə 3-ü şərti olmaqla 5 oyunluq cəza verilib.

"Neftçi" isə azarkeşlərinin pirotexniki vasitədən istifadə etməsi ucbatından 1500 manat ziyana düşüb.

"Araz- Naxçıvan" klubu 700 manat cərimə edilib. Buna Naxçıvan klubunun 4 oyunçusunun "Qarabağ"ı məğlub etdikləri (1:0) görüşdə sarı vərəqə alması səbəb olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью