Sabah klubu 4000 manat cərimələnib
Icma.az, Cbcsport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
AFFA İntizam Komitəsi "Sabah" klubunu 4000 manat cərimələyib.
Buna komandanın məşqçisi Aleksey Antonyukun "Neftçi"yə qalib gəldikləri (2:1) Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçında hakimlər briqadasını təhqir etməsi səbəb olub.
Baş məşqçinin köməkçisinə 3-ü şərti olmaqla 5 oyunluq cəza verilib.
"Neftçi" isə azarkeşlərinin pirotexniki vasitədən istifadə etməsi ucbatından 1500 manat ziyana düşüb.
"Araz- Naxçıvan" klubu 700 manat cərimə edilib. Buna Naxçıvan klubunun 4 oyunçusunun "Qarabağ"ı məğlub etdikləri (1:0) görüşdə sarı vərəqə alması səbəb olub.

Sabah klubu 4000 manat cərimələnib
03 Aprel 2025 13:19
Sabah 4000, Neftçi isə 1500 manat cərimə olundu
03 Aprel 2025 14:43
Sabah və Qarabağ klubu cərimələnib
30 Aprel 2025 12:03
Sumqayıt klubu 800 manat cərimələnib
26 Noyabr 2024 14:56
Səbail klubu 1300 manat cərimələnib
26 Noyabr 2024 14:47

