Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir. Son dövrlərdə Mərmərə dənizində köpəkbalığı və vatozların sahilə yaxın ərazilərdə dah
Hətta 6 metrlik dayaz sularda belə rast gəlinən bu növlərin dərinliklərdən sahilə üz tutmasının əsas səbəbi, dənizdə oksigen çatışmazlığının
Qaynarinfo xəbər verir ki, bu vəziyyət təkcə balıq növlərinin deyil, eyni zamanda milyonlarla insanın da həyatını təhdid edir.
Oksigen çatışmazlığının səbəbləri "WWF-Türkiyə"nin qığırdaqlı balıqlar üzrə məsləhətçisi Dr.
Hakan Kabasakal bildirir ki, Mərmərə yarı qapalı dənizdir və Qara dənizlə Egey dənizi arasında yerləşən bu su hövzəsi Türkiyənin ən sıx məskunlaşmış şəhərləri ilə əhatələnib.
Hər gün milyonlarla insanın məişət tullantıları nəhayətində Mərmərəyə axıdılır.
Bundan əlavə, İzmit körfəzi başda olmaqla bölgədəki güclü sənayeləşmə, həmçinin ətraf kənd təsərrüfatı sahələrindən axan pestisid və gübrə tərkibli sular da bu çirklənməyə səbəb olur.
Qara dənizdən axan və Avrasiya bölgəsinin sənaye-təsərrüfat tullantılarını daşıyan çaylar da Mərmərəyə daxil olur ki, bu da antropogen (insan mənşəli) çirklənməni artıran amillərdəndir.