“Sabah” möhtəşəm geridönüşlə Çempionlar Liqasında!

25.08.2026

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

"Sabah" komandası UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb.

"Yeni Sabah" xəbər verir ki, ölkə çempionu pley-off mərhələsinin cavab oyununda İsrailin "Hapoel" (Beer-Şeva) kollektivini qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə bitib - 5:2 Dominos pizza

90 dəqiqə ərzində qonaqların heyətində 10-cu dəqiqədə İqor Zlatanoviç, 61-ci dəqiqədə Qay Mizrahi fərqlənib. Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci, Umarali Raxmonaliyev 74-cü, Tellur Mütəllimov 90+4-cü dəqiqədə adını tabloya yazdırıb.

Rumıniyada baş tutan ilk görüş rəqib komandanın 2:1 hesablı qələbəsi ilə başa çatdığından əlavə vaxta ehtiyac duyulub.

Əlavə vaxtda isə 101-ci dəqiqədə Patrik Orfe Mbina, 115-ci dəqiqədə Coy-Lens Mikels "Sabah"ın növbəti qollarını vuraraq yekun nəticəni müəyyən ediblər.

Beləliklə, "Sabah" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью