“Sabah” möhtəşəm geridönüşlə Çempionlar Liqasında!
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
"Sabah" komandası UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb.
"Yeni Sabah" xəbər verir ki, ölkə çempionu pley-off mərhələsinin cavab oyununda İsrailin "Hapoel" (Beer-Şeva) kollektivini qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə bitib - 5:2 Dominos pizza
90 dəqiqə ərzində qonaqların heyətində 10-cu dəqiqədə İqor Zlatanoviç, 61-ci dəqiqədə Qay Mizrahi fərqlənib. Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci, Umarali Raxmonaliyev 74-cü, Tellur Mütəllimov 90+4-cü dəqiqədə adını tabloya yazdırıb.
Rumıniyada baş tutan ilk görüş rəqib komandanın 2:1 hesablı qələbəsi ilə başa çatdığından əlavə vaxta ehtiyac duyulub.
Əlavə vaxtda isə 101-ci dəqiqədə Patrik Orfe Mbina, 115-ci dəqiqədə Coy-Lens Mikels "Sabah"ın növbəti qollarını vuraraq yekun nəticəni müəyyən ediblər.
Beləliklə, "Sabah" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 25 Avqust 2026 23:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















