Icma.az, Fanat portalına istinadən məlumat verir. Avrokubokların I təsnifat mərhələsinə yekun vurulub.
Fanat.Az-ın məlumatına görə, cavab görüşlərindən sonra ölkələrin UEFA reytinqi yenilənib.Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilib.
"Sabah" Avropa Liqasında mübarizəni dayandırsa da, səfərdə əldə olunan heç-heçə (3:3) buna imkan verib.
Ölkəmizin hesabına 0.125 əmsal əlavə olunub. Bu, cari mövsümün ilk qazancı olub. Hazırda ölkəmizin əmsalı 17.250-ə bərabərdir.
Ancaq qitə sıralamasına 29-cu yerdə başlayan Azərbaycanın mövqeyi dəyişməz qalıb.
Azərbaycanın üst pillədəki qonşusu Ukraynanın hesabında 17.975, 30-cu yerdə olan Bolqarıstanın isə 16.500 xalı var.
55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (90.839) başçılıq edir. Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.