Sabah qazancımızı artırdı, Azərbaycanın mövqeyi... REYTİNQ
Icma.az, Fanat portalına istinadən məlumat verir.
Avrokubokların I təsnifat mərhələsinə yekun vurulub.
Fanat.Az-ın məlumatına görə, cavab görüşlərindən sonra ölkələrin UEFA reytinqi yenilənib.
Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilib. "Sabah" Avropa Liqasında mübarizəni dayandırsa da, səfərdə əldə olunan heç-heçə (3:3) buna imkan verib. Ölkəmizin hesabına 0.125 əmsal əlavə olunub. Bu, cari mövsümün ilk qazancı olub. Hazırda ölkəmizin əmsalı 17.250-ə bərabərdir. Ancaq qitə sıralamasına 29-cu yerdə başlayan Azərbaycanın mövqeyi dəyişməz qalıb.
Azərbaycanın üst pillədəki qonşusu Ukraynanın hesabında 17.975, 30-cu yerdə olan Bolqarıstanın isə 16.500 xalı var.
55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (90.839) başçılıq edir.
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 18 İyul 2025 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















