Sabah Rusiya və ABŞ rəsmilərinin görüşü keçiriləcək “Axios”dan detallar | Icma.az
Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır. ABŞ və Rusiyanın yüksəkvəzifəli rəsmilərinin Ukraynada müharibənin başa çatdırılması
Qaynarinfo xəbər verir ki, bu barədə Axios məsələyə yaxın mənbələrə istinadən yazıb.
Nəşr qeyd edib ki, həmin görüşdə ABŞ prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putinin sammitinə hazırlıq məsələsi də müzakirə olunacaq.
Bildirilib ki, bu görüş ABŞ və Rusiya arasındakı münasibətlərin yaxşılaşdırılması istiqamətində daha bir ciddi addım olacaq.
Jurnalistlər vurğulayıb ki, bu danışıqlar Ukrayna hakimiyyətində narahatlıq yaradıb.
Onlar ABŞ və Rusiyanın Ukraynanı kənarda qoyaraq öz aralarında saziş bağlamasından ehtiyatlanırlar.
Axios-un məlumatına görə, ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkoff daxil olacaq.
Rusiyanı kimin təmsil edəcəyi hələ bəlli deyil, lakin xarici işlər naziri Sergey Lavrovun iştirak edəcəyi barədə təsdiqlənməmiş məlumatlar var.
Tam oxu
Xəbəri oxu