Icma.az
close
up
RU
Sabah Rusiya və ABŞ rəsmilərinin görüşü keçiriləcək “Axios”dan detallar

Sabah Rusiya və ABŞ rəsmilərinin görüşü keçiriləcək “Axios”dan detallar

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

ABŞ və Rusiyanın yüksəkvəzifəli rəsmilərinin Ukraynada müharibənin başa çatdırılması ilə bağlı razılaşmanı müzakirə etmək üçün görüşü artıq sabah – çərşənbə axşamı Səudiyyə Ərəbistanında keçiriləcək.  

Qaynarinfo xəbər verir ki, bu barədə Axios məsələyə yaxın mənbələrə istinadən yazıb. Nəşr qeyd edib ki, həmin görüşdə ABŞ prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putinin sammitinə hazırlıq məsələsi də müzakirə olunacaq.  

Bildirilib ki, bu görüş ABŞ və Rusiya arasındakı münasibətlərin yaxşılaşdırılması istiqamətində daha bir ciddi addım olacaq.  

Jurnalistlər vurğulayıb ki, bu danışıqlar Ukrayna hakimiyyətində narahatlıq yaradıb. Onlar ABŞ və Rusiyanın Ukraynanı kənarda qoyaraq öz aralarında saziş bağlamasından ehtiyatlanırlar.  

Axios-un məlumatına görə, ABŞ nümayəndə heyətinə dövlət katibi Marko Rubio, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Vitkoff daxil olacaq. Rusiyanı kimin təmsil edəcəyi hələ bəlli deyil, lakin xarici işlər naziri Sergey Lavrovun iştirak edəcəyi barədə təsdiqlənməmiş məlumatlar var.  

Nəşr həmçinin qeyd edib ki, Münhendə çıxışı zamanı Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin bu görüşə dəvət almadığını bildirib.  

Ukraynanın yüksəkvəzifəli rəsmilərindən biri Axios-a açıqlamasında, Ukraynanın yeganə "dəvəti”nin mətbuatda yayılan xəbərlər vasitəsilə olduğunu deyib.  

Eyni zamanda, Tramp dünən jurnalistlərə bildirib ki, Zelenski "danışıqlarda iştirak edəcək". Dünən həmçinin Vitkoff qeyd edib ki, "Ukrayna danışıqların bir hissəsidir" və əlavə edib: "Burada kiminsə kənarlaşdırılmasından, əksinə, hər kəsin daxil edilməsindən söhbət gedir".


Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Fevral 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri